Baza modulu üzrə Təlim Materialı


Əngəlləri tanımaq niyə önəmlidir?



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə34/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   30   31   32   33   34   35   36   37   ...   84
Peşə etikası

Əngəlləri tanımaq niyə önəmlidir?

Vaxtın  səmərəli  və  məhsuldar  istifadəsində  yarana  biləcək  əngəlləri  tanımaq 

onların  öhdəsindən  gəlməyi  asanlaşdırır.    Vaxt  üçün  maneə  təşkil  edəcək  əsas 

obyektlər  fərdin  özüylə  bağlı  ola  bilər,  gördüyü  işlə  əlaqədar  ola  bilər  və    işdəki 

rəhbərlikdən qaynaqlanan səbəblərdən ibarət ola bilər. Bu əngəllərin qarşıya necə 

çıxması və onları aradan qaldırmaq üçün lazım olan əsas addımlarla tanış olaq.  



Şəxsin özündən asılı olan əngəllər

Vaxtdan səmərəli istifadə üçün insan hərşeydən öncə özünə bir həyat planı və ya məqsədlər paketi 

hazırlamalıdır. Nizamlı və şüurlu bir plan tərtib edilmədiyi təqdirdə məqsədlərin çox az bir hissəsini 

həyata  keçirmək  mümkün  olur.  Vaxtdan  səmərəli  istifadə  etmək,  gecə-gündüz  işləmək  mənasını 

vermir. İnsanın işi də daxil olmaqla digər fəaliyyətlərinə yetərincə vaxt ayıra bilməsi vaxtdan səmərəli 

istifadəni  göstərir.  Bunun  da  yolu  plan  qurmaqdan  keçir.  Vaxtdan  səmərəli  istifadəyə  mane  olacaq 

əsas səbəbləri aşağıdakı kimi ifadə edə bilərik: 

 Şəxsi  hədəfin  qeyri-müəyyənliyi.    Başlanılan  işin  sonunu  düşünmək  fərd  üçün

motivasiya  mənbəyidir.  Harada  olmaq  istədiyini  bilmək,  ona  çatmağın  yollarını

aydınlaşdımaqda  əsas  şərtdir.  İnsanın  cəhdiylə  enerjisini  birləşdirməsi  bir  hədəf

olduğu zaman baş verir. Hədəf təyin etmədən atılan addımlarda fərd üçün əbəs yerə




24 

vaxt və enerji itkisi baş verir. Hədəflər qiymətləndiriləbilən, aydın və reallaşa biləcək 

şəkildə olmadıqda da fərdin sərf etdiyi vaxt və enerjisi heç bir məna ifadə etməyəcək.  

 Təxirə  salmaq.  Bir  işi  təxirə  salmaq  insanın  özü-özünü  aldatmasının  bir  üsuludur.

Mövcud  vaxtın  ediləcək  işlər  üçün  kifayət  etməyəcəyini  düşünmək  motivasiyanı  da

yox  edir.  Burada  əsas  problem,  təxirə  saldığınız  işlərə  sonralar  da  vaxt  ayıra

bilməməniz  və  nəticədə  işin  həyata  keçməməsidir.  Təxirə  salmada  ən  böyük

səbəblərdən biri uğursuz olma inancıdır. Təxirə salma vərdiş halını aldıqda edilməmiş

işlərin sayının artması qaçınılmazdır.

Març Markini tərəfindən, təşkilati baxımdan işlərin təxirə salınmasında əsas səbəblər 

kimi: 

-  verilən vəfizəyə razı olmamaq,  



-  dəyişiklikdən qorxmaq,  

-  uğursuz olmaq qorxusu,  

-  qeyri-müəyyən iş axını,  

-  qeyri-müəyyən hədəflər, 

-  mükəmməlliyyətçilik, 

-  işləri  eyni anda və qısa müddətdə etmə istəyi göstərilmişdir. 

Bir işi təxirə salmaqda bir digər səbəb  fərdin verilən işdə yetkinliyinin olmamasıdır. 

Bu  baxımdan,  vaxtdan  səmərəli  istifadə  etmək  üçün  aşağıdakı  tədbirləri  görmək  tövsiyə 

edilir: 

təxirə salınan iş sahələrinin təyin edilməsi;



işlərin vaciblik sırasına uyğun şəkildə sıralanması və problemlərin sıra

ilə həll edilməsi;

gündəlik işlərə və fəaliyyətlərə ayrılan vaxtın təyin edilməsi;



çətin problemlərdən qaçılmaması;

tam əmin olanadək işləri təxirə salmamaq.





Masanın dağınıq olması. Dağınıq masa, sənədlərin düzgün tərtib edilməməsi işçi üçün əsas

vaxt əngəllərindən biridir. Yaponlar iş yeri təmizliyinə və səliqəsinə ciddi fikir verərək, bu mövzuda 5S 

fəlsəfəsini  irəli  sürürlər.  5S  fəlsəfəsi  yapon  dilində  təsnifatlandırma,  nizamlama,  təmizlik, 

standartlaşdırma, məsuliyyət sözlərini özündə ehtiva edir. Səliqəsizlik boşa keçən vaxtların ən böyük 

səbəbkarıdır. Lazım olan sənədin, ləvazimatın axtarışına çox vaxt sərf olunursa, o zaman icra ediləcək 

işlərdə də ləngimələr qaçınılmaz olacaqdır. Bu baxımdan iş masasında yalnız və yalnız lazımi sənəd və 

ləvazimatlar  saxlanılmalıdır.  Gündəlik  icra  ediləcək  işlərə  aid  sənədlərin  olması,  işçiyə  görəcəyi  işi 

xatırladacaqdır.  Sənədlərin  sayının  artması,  növbəti  mərhələlərdə  sənədlərin  qarışmasına  və 

səliqəsizliyə gətirib çıxaracaq. 



“Xeyir” deyə bilməmək.  Vaxtını səmərəli istifadə  etmək istəyən hərkəs lazımlı vəziyyətlərdə

“xeyir”  ifadəsini  işlətməyi  bacarmalıdır.  Vaxtın  idarə  olunmasında  qızıl  qayda  başlanılmış  işi 

bitirməkdir.  Yarım  qalmış  iş  boş  keçmiş  vaxt  deməkdir.  Belə  ki,  fərd  verilən  işlərdə  ciddiyyət 

dərəcəsini əsas alaraq digər ciddi olmayan işlər üçün “xeyir” ifadəsini işlədə bilməlidir. İmtahanı olan 

birinin  ətrafdakı  şəxslərin  təkliflərinə  yox  deyə  bilməsi,  vaxtını  səmərəli  istifadə  etdiyinə  və  hədəfə 

çatmasında  göstərdiyi  cəhdinə  nümunə  ola  bilər.  Bir  çox  insan  rədd  cavabı  verdikdə  qarşı  tərəfə 

kobudluq  etdiyini  düşünür.  Burada  önəmli  məqam  “xeyir”  cavabı  verərkən  nəzakət  qaydalarını 

gözləmək və  düzgün jestlərdən, mimikalardan istifadə  etməkdir. “Xeyir”  demə bacarığına sahib ola 



25 

bilməyən  şəxslər  daima  lazımsız  qonaqlar,  lazımsız  telefonlar,  lazımsız  iş  öhdəlikləri  ilə  boğuşmalı 

olacaqlar.  



Həddən  artıq  sosial  münasibətlər.  Bəzi  insanların  həyatında  sosial  münasibətlər  xüsusi

önəmə  malikdir.  İşdə  də  ən  məhsuldar  saatlar  sayılan  səhər  saatlarını  daha  çox  söhbətə  ayırmağa 

üstünlük  verirlər.  Bu  zaman  həm  özlərini,  həm  də  iş  yoldaşlarını  ən  səmərəli  saatlardan  məhrum 

etmiş olurlar.  



Qərarsızlıq.  Qərar  vermək  –  şəxsin  özünün  və  ya  başqalarının  köməyi  ilə  problemləri  dərk

etmə və təsnifatlandırma, məlumat və material toplama, həll yolları tapma, onları müqayisə edərək, 

aralarından  ən  uyğununu  seçmə  fəaliyyətidir.  Hər  hansı  işdə,  prosesdə  meydana  gələn  qərarsızlıq 

vaxtdan səmərəli istifadəyə mane olan səbəblərdəndir. Hər hansı problem və ya mövzu ilə əlaqədar 

əldə  məlumat  yoxdursa,  o  zaman  qərar  vermək  mümkün  deyil.  Bu  baxımdan,  hər  hansı  qərar 

mərhələsində olduqda atılacaq  ilk addım yetərli məlumatın olub, olmadığını aydınlaşdırmaqdır. Əgər 

lazımi qədər məlumat yoxdursa, vaxt ayrılaraq məlumat toplanılmalıdır.  



Mükəmməlliyyətçilik. “Daha yaxşı, yaxşının düşmənidir”- ifadəsində olduğu kimi, bəzi insanlar

hər  hansı  bir  işi  icra  etdiklərində  yüz  ölçüb  bir  biçirlər.  Hər  zaman mükəmməlin  ardından  qaçaraq, 

idealı  tapma  istəyi  vərdişə  çevrildiyi  andan  etibarən  vaxtın  idarə  edilməsində  ən  böyük  maneəyə 

çevrilə bilər. Həddən artıq mükəmməlliyyətçi şəxslər özlərindən başqa heç kimin işinə güvənməyərək 

özlərini  ağır  işlə  yükləyirlər.  Nəticədə  stresin  yaranmasına  və  işlərin  vaxtında  yerinə  yetməməsinə 

səbəb olurlar. 



Vacib  işlərin  təyin  edilməməsi.  Fərd  və  təşkilat  üçün  vacib  olan  işlərin  dəqiq  təyin

edilməməsi, lazımsız bir çox  işin vaxt almasına səbəb olur. Bunun qarşısını almağın ən effektli yolu 

işlərin vaciblik sırası ilə yazıldığı plan tərtib edilməsidir. 



Stres  və  vaxt  məhdudiyyəti.  Stres  insan  həyatının  ayrılmaz  parçasıdır.  Çünki  fərdə

əhatəsindəki təsirlərə uyğunlaşma və daha yaxşı davranma fürsəti verir. Lakin bu normal  səviyyədə 

olan stres üçün keçərlidir. Stresin həddən artıq olması həyat üçün risk təşkil edir. Fərd yüksək stresdə 

həddən  artıq  enerji  sərf  etməkdə  və  tükənməkdədir.  Stressin  psixoloji  nəticələri  narahatlıq, 

yorğunluq, depressiya, işdə məmnuniyyət olmaması, daxili sıxıntı şəklində meydana çıxa bilər. Yüksək 

stres görülən işdə effektivliyin azalmasına səbəb olur. Təşkilatlarda stressin əsas səbəbi kimi həddən 

artıq  işlə  yüklənməni  nümunə  göstərmək  olar.  Stressin  sağlamlığa  təsirləri  qastrit,  yüksək  təzyiq, 

miqren,  infarkt,  dəri  xəstəlikləri,  diabet,  xərçəng,  depressiya  şəklində  ola  bilər.  Stressin  bir  digər 

səbəbi isə verilən işin icrasında vaxt məhdudiyyətinin olmasıdır.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin