Baza modulu üzrə Təlim Materialı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   31   32   33   34   35   36   37   38   ...   84
Peşə etikası

İşlə bağlı əngəllər

Fərdin vaxtdan səmərəli istifadə etməsinə maneəçilik törədən digər səbəblər işlə bağlıdır. 



Telefon  danışıqları.  Müasir  dünyada  effektli  ünsiyyətdə  telefonların  müstəsna  xidmətləri

vardır.  İnsanlar  arasındakı məsafəni  aradan  qaldırması,  qarşılıqlı  münasibətin  qurulmasında

əhəmiyyət  kəsb  edən  bu  vasitənin  lazımsız  istifadəsi  vaxt  alan  əsas  səbəblərdən  biridir.

Telefonda vaxtın çox getməsində əsas səbəblər kimi:

Həddən artıq söhbət,



Qeydlər etmək üçün qələm, kağız istifadə etməmək,

Deyəcəyi fikirləri əvvəlcədən təyin etməmək,



Qısa və qəti cavablar verməmək,

Çətin insanlarla ünsiyyətdə olmaq məcburiyyəti,



Yaxşı qulaq asmamaq və s.

 Əlverişsiz  iş  mühiti.  İş  mühitinin  səliqəli,  səssiz,  havalandırılmış,  yaxşı  isidilmiş,  yaxşı

sərinlədilmiş,  yaxşı  işıqlandırılması,  divarların  rəngi,  otağın  dizaynı,  mövqeyi  kimi  faktorlar

insanın  işdə  məhsuldarlığına  təsir  edir.  İş  mühitinin  əlverişli  olması  yönündə  aparılan

tədqiqatlar nəticəsində:




26 

İş otağının işığının bir istiqamətdən, mümkündürsə tək qaynaqdan gəlməsi,



işığın sabit olması, rəng dəyişdirməməsi;

İşıqlandırmanın işə uyğun təşkil edilməsi;



Uzun  müddət  qapalı  olmaq  havaya  təsir  edəcəyindən  havalandırmanın

düzgün təşkil edilməsi;

İstilik,  təzyiq,  hava  sirkulasiyası  və  nəm  səviyyəsinin  işə  mane  olmayacaq



formada olması;

Oturulan stulların, kresloların rahat olması göstərilmişdir.



 Kargüzarlıq işləri. Müəssisə və təşkilatlarda iyerarxik vəzifələr arasında qurulan münasibətlər

yazılı ünsiyyətə əsaslanır. Bu sənədlər sübut kimi qovluqlarda saxlanılır. Bu sənədlərlə işləyən

zaman onların düzgün idarə olunması vaxt baxımından əhəmiyyətlidir.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin