Rəhbərlik və ya təşkilatla bağlı əngəllər
Hər müəssisə və təşkilatda işçilər rəhbərlikdən yerinə yetirilməli olan öhdəliklər almaqla yanaşı, bu
öhdəliklərin yerinə yetirilməsi prosesində bir sıra əngəllərlə qarşılaşa bilərlər. Bunlara misal olaraq,
keçirilən uzunmüddətli iclasları, baş vermiş böhranları, təşkilat daxilində effektli ünsiyyətin
olmaması, müəssisənin hədəfinin tam dəqiq olmaması kimi səbəbləri göstərmək olar.
Burada vacib olan, digər əngəllərin öhdəsindən gəlmə strategiyasının bu maneələrə köçürülməsidir.
Fərd özü ilə, işi ilə bağlı əngəlləri dəf etməyi öyrəndikdə müəssisədə baş verəcək digər maneələrlə
də başa çıxa biləcəkdir.
2.3.2.
T
ələbələr üçün fəaliyyətlər
“Yeni iş”. Emin səhər oyandıqda, yeni işinə 5 dəqiqə gecikdiyini anlayır. İşə
geyinəcək geyimlərini ütüləmək, işə aparacağı sənədləri və ləvazimatları toplamaq onun
əlavə yarım saatını alır. Həmin gün hava yağışlı olduğundan maşınını saxladığı qaraja
gedərkən geyimi küçədəki gölməçələrin birindən sıçrayan su ilə çirklənir. Yolda maşının
benzinin bitmək üzrə olması Emin üçün əlavə 10 dəqiqəni itirməyə gətirib çıxarır. İşə
çatdıqda artıq 1 saat gecikmiş olması rəhbərlik tərəfindən xoş qarşılanmır.
İş prosesi zamanı yeni sənədlərin qəbulu, məktublara cavab verilməsi, xaricdən
gələcək qonağı qarşılamaq kimi öhdəlikləri var. Emin işləri çatdırmayacağını düşünərək
stresə girməyə başlayır. Xarici qonağı aeroportda qarşılamaq üçün işdən ayrılmağı,
qayıdarkən qalan işləri davam etdirməyi düşünür. Lakin yolda tıxacın olması və gələn
qonağın təyyarəsinin gecikməsi Eminin qalan işlərini icra etməsinə mane olur. O, yeni
işinin olduqca yorucu olduğunu düşünərək iş gününü yekunlaşdırır.
Tapşırıq:
Emin işə yenidən motivasiya qazanmaq üçün hansı tədbirlər görməli olduğu haqda
düşünür. Daha az yorularaq, daha çox işi icra etmək üçün nə etmək lazım olduğu haqda
yollar axtarır.
Təqdimat:
-
İlk iş günü hansı əngəllərlə qarşılaşdığını analiz etməlidir.
-
Əngəllərin əsas səbəbinin nə olduğu barədə yazılı hesabat hazırlamalıdır.
-
Bu əngəllərin öhdəsindən necə gələcəyini yazılı şəkildə açıqlamalıdır.
Mövzu ilə bağlı bir qrup digər qrupa təqdim edilməsi üçün suallar hazırlasın. Hazırlanan sualları
cavablandırın. Sual müəllifləri verilmiş cavabları qiymətləndirin.
27
Hərkəs öz işlərində vaxtla bağlı qarşılaşdığı əsas əngəlləri yazsın. Kağızları yanında əyləşən
yoldaşına ötürsün. Yoldaşınız yazılan əngəllərin nədən və ya kimdən qaynaqlandığını qeyd etsin.
Hərkəs öz kağızı ilə səbəb-nəticə əlaqəsini müzakirə etsin.
Gün ərzində ən çox vaxt aparan fəaliyyətinizi qeyd edin. Həmin fəaliyyətin nə üçün çox vaxta
səbəb olduğunu açıqlayın. Vaxta qənaət etmək üçün hansı addımları ata biləcəyinizi qeyd edin.
2.3.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Vaxtdan səmərəli istifadəyə mane olan əsas əngəlləri tanıyır”
Vaxtdan səmərəli istifadəyə mane olan əngəllər hansılardır?
Şəxsin özüylə bağlı əngəllərə hansılar daxildir?
İşlərin təxirə salınması haqqında nə deyə bilərsiniz?
Qərarsızlığın vaxtda səmərəli istifadəyə təsiri nədən ibarətdir?
Telefon nə zaman vaxtdan səmərəli istifadəyə mane olur?
İşlə bağlı əngəllər hansılardır?
Vaxtdan səmərəli istifadə olunması ilə iş mühitinin nə kimi əlaqəsi var?
2.4.1. F
ərdi vaxt planlaşdırma üsullarını nümayiş etdirir
Dostları ilə paylaş: |