İşləri təxirə salmamaq
Hərkəs müəyyən vaxtlarda, müəyyən səbəblərdən işlərini təxirə salmaq məcburiyyətində
qalır. Burada ən vacib məqam hansı işin hansı səbəbdən təxirə salınması haqqında əsaslı qərarın
verilməsidir. Yəni heç bir səbəb yoxkən işlərin təxirə salınması xoş olmayan nəticələrə səbəb olur.
Təxirə salmaq, əslində sizin vaxtınızı alaraq hədəflərinizə çatmaqda əngəl törədir. Təxirə salmanın
ən mənfi tərəfi isə onun vaxt keçdikcə vərdişə çevrilməsidir.
Bir işi həll etmək üçün ilk əvvəl ona başlamanız, daha sonra isə bitirməniz vacibdir.
Başladıqları işi bitirmədə çətinlik çəkənlərin çoxu işin əvvəllində çox həvəsli və əzmli olurlar, lakin
təxirə salma vərdişi nəticəsində işləri bitməmiş qalır. İşləri təxirə salmaqdan və təzyiq altında
işləməkdən azad olmaq üçün aşağıdakı tədbirlər tövsiyyə edilir:
İlk öncə sevmədiyiniz işi görün. Sevmədiyiniz iş ən çox təxirə salınan iş olduğu üçün günün ilk
saatlarında edib, bir an əvvəl bitməsi yaxşı olar;
Təxirə salınması ehtimal olunan işləri hissələrə bölün. Öhdəsindən gələ biləcəyiniz
problemləri həll etmək üçün gündə 10-30 dəqiqə arası məşğul olun. Vaxt çatanda işi
dayandırın;
Özünüzə iş bitirmə tarixi hesablayın;
İşlərinizi bitirdiyinizdə özünüzü mükafatlandırın;
29
İşləri hissələrə ayırmaq üçün geriyə doğru işləyin. İşin istənilən nəticəsi ilə işə başlayın və
bundan əvvəl nə gələcəyini özü-özünüzdən soruşaraq davam edin. Hər hansı layihənin ağır
yükünü azaltmada belə hissələr əhəmiyyətli ola bilər;
İşə həmin an başlayın;
Diqqətinizi yayındıracaq səbəbləri aradan götürün;
İşdən qaçış üçün bütün imkanları özünüzdən uzaqlaşdırın, sıxıcı işdən azad olmanın ən yaxşı
yolu həmin işi dərhal görməkdir;
Özünüzü hər hansı təxirə salma vəziyyəti içində görsəniz, həmin an təxirə salmağı
düşündüyünüz işlə bağlı yeni hədəf təyin edin və bunu özünüzdə oyun halına gətirin.
Dostları ilə paylaş: |