3. 80/20 prinsipi – İtaliyan iqtisadçısı Vilfredo Pareto tərəfindən tapılan və sonralar Cozep Juran
tərəfindən təkmilləşdirilən 80/20 prinsipi (Pareto prinsipi) XIX əsrdən dövrümüzə kimi bir çox
məsələlərdə həll yolu kimi istifadə edilmişdir.
80/20 prinsipi iqtisadiyyatda xərclərin 80%-nin gəlirlərin 20%-dən, nəticələrin 80%-nin
səbəblərin 20%-dən qaynaqlandığı fikrinə əsaslanmaqdadır. Bu analiz texnikasında əsas
məqsəd bir problemin əsas məqsədlərini daha az əhəmiyyət daşıyan digər səbəblərdən ayırd
etməkdir. Yəni hər hansı problemin 20%-nin həll yolu tapılarsa, problemin 80%-nə də həll
yolu tapılacaqdır. Bu baxımdan, pareto prinsipi birdən çox problem olduğu təqdirdə ilk əvvəl
hansı problemə yönəlmək lazım olduğunu dəqiqləşdirməkdə kömək edir.
31
Müəssisə və təşkilatlarda meydana çıxan bir sıra problemlərin həll edilməsi, seçilməyən
düzgün strategiyalar səbəbindən böyük vaxt itkisinə səbəb olmaqdadır. Problemin kökünün
fərqinə varılmaması problemin həllində potensiyalın düzgün istifadəsinə də mane olur. Bu
baxımdan, əsas problemin dəqiq tətqiq edilməsi, problemin özü ilə səbəblərinin müqayisəsi
üçün 80/20 prinsipi həm idarəetmə, həm də təşkilati nöqteyi-nəzərdən vacib vasitələrdən
biridir. Əsas problemin tapılması təkbaşına onun həlli üçün kifayət etmir, eyni zamanda
sözügedən problemin bir çox səbəbi arasından ən əsas səbəbləri tapmaq da vacibdir. Bu əsas
problemin tapılması da 80/20 prinsipinə əsasən vaxt itkisinin qarşısını almağa imkan
verəcəkdir.
Dostları ilə paylaş: