Baza modulu üzrə Təlim Materialı


İşlərin əhəmiyyət dərəcəsinə görə bölünməsi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə40/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   36   37   38   39   40   41   42   43   ...   84
Peşə etikası

İşlərin əhəmiyyət dərəcəsinə görə bölünməsi

Öhdəliyi ifadə edən əsas dəyərlər təcili olma dərəcəsi və əhəmiyyətidir. Bir işin təcili olması, 

onun dərhal yerinə yetirilməsini tələb edir. Bəzən hər hansı işin təcili olması, digər önəmli işlərin 

geri plana düşməsinə səbəb ola bilir. Başqa sözlə desək, bir işin təcili olması onu ən əhəmiyyətli iş 

statusuna  gətirə  bilir.  Lakin  hər  bir  şəxsin  yerinə  yetirəcəyi  ən  vacib  işləri,  öhdəlikləri  olmalıdır. 

Hansı  ki,  bu  öhdəliklərin  yerinə  yetirilməməsi  haqqında  düşünülməsin.  Öhdəliklərin  təyin 

edilməsində istifadə edilən əsas metodlarla tanış olaq: 

1. Vaxtın  analiz  edilməsi  –  vaxtın  planlaşdırılmasında  ilk  addım  aşağıdakı  sualların

cavablarının tapılmasıdır:

Bu işi niyə məhz mən edirəm?



Bu işi başqa formada icra edə bilərəmmi?

Bu işi başqa vaxta saxlaya bilərəmmi?



Bu işi başqa yerdə edə bilərəmmi?

Bu işdə qarşılaşdığım ən böyük maneə nədir?



İşin icrasında ən çox vaxtımı nə apardı?

Bu fəaliyyət aşağıdakı cədvəldə göstərilən şəkildə də icra edilə bilər: 

Saat 


Görüləcək işlər 

İş qrupu 

9

00

-10



00



10

00



-11

00

 



11

00

-12



00

 

12



00

-13


00

 

14



00

-15


00

 

16



00

-17


00

 

17



00

-18


00

 

A=Təcili işlər;      B= Əhəmiyyətli işlər;  



 C=Digər işlər 

Cədvəl 2.1. Gündəlik işlərin plan nümunəsi

 

Yuxarıdakı  cədvəldə  qeyd  edilənlərə  əsasən,  A  qrupuna  daxil  olan  işləri  səhər  edilməsi, 

günorta  saatlarında  B  qrupu  işlərin  edilməsi  və  sonda  axşama  doğru  isə  C  qrupu  işlərin  icra 

edilməsi tövsiyyə edilir.  

2. Görüləcək  işlər  kartının  hazırlanması  –  görüləcək  işlərin  əhəmiyyət  dərəcəsinə  görə

sıralanması  üçün  ən  yaxşı  metodlarından  bir  digəri  də  gündəlik  sadə  kartlardan  istifadə

etməkdir.  15  sm  uzunluğunda,  8  sm  enində  olan  karta  həmin  gün  edilməli  işlər  əhəmiyyət

dərəcəsinə görə yazılır və başa çatan işin üstündən xətt çəkilir. Sabaha qalan hər hansı bir iş

varsa, səhərki karta əlavə edilir. Kartın arxa tərəfində  isə görüşlər və  ediləcək zənglər qeyd

edilir. Nümunə olaraq nəzər yetirək:

Görüşlər 



30 

Görüləcək işlər 

Tarix: 

1.   


2. 

3. 


4. 

5. 


6. 

7. 


8. 

Görülməli  işlər  üçün  hazırlanan  karta  başqa  bir  nümunə  kimi  onun  rəngli  versiyasını  misal 

göstərmək olar. Burada təcili işlər qırmızı, vacib işlər sarı, digər işlər isə yaşıl rəngdə  qeyd edilir. 

Bu məqsədlə kart üç hissəyə bölünür və müvafiq rənglərdə olan hər hissəyə daxil olan işlər qeyd 

edilir: 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin