Mütəxəssislik biliyi hər dövrdə bu biliyə sahib insan və ya qrupların əhəmiyyətli dərəcədə nüfuz
qazanmalarına səbəb olmuşdur. Yüksək səviyyədə bacarıq peşələrdən başqa, peşə olmayan
12
fəaliyyətlər üçün də vacib olduğundan, peşəkarlığın ayırdedici xüsusiyyəti aid olduğu sahə üzrə bilik
və bacarığının olmasıdır. Peşəkarlar öz sahələrində meydana gəlmiş problemlərə yönəlmiş biliyi
tətbiq etməkdən əlavə, biliklərini daima yeniləmək məcburiyyətindədirlər.
Peşə biliyi ilə bağlı Ceyms və Peloyl tərəfindən aparılmış tədqiqatda maraqlı nəticələr əldə
edilmişdir. İndetermination (I) (məlum olmayan)– technicality (T) (texnika)çərçivəsindən əldə edilən
bu araşdırmada: İndetermination - fərdin peşəkar inkişafında sahib olduğu bilik, bacarıq, təcrübə
və yanaşmasından ibarət olan fərdəməxsus xüsusiyyətlər toplusu, başqa sözlə fərdi və sosial
qazanclardır. Technicality – peşəyönümlü fəaliyyətdə əsas təşkil edən texniki qaydalardır. I/T
balansını aşağıdakı kimi ifadə edə bilərik:
Hər fəaliyyət müəyyən qədər İ/T balansına sahibdir. Bu nisbət onların peşəkarlaşma
prosesindəki mərhələlərini təyin edir.
Nəzəri bilik praktiki biliyə görə öyrənilməsi daha çətin olan bilik formasıdır. Misal üçün, həkimin
xərçəng xəstəliyinə səbəb olan virusu tapması, xərçəng xəstəliyi ilə bağlı hər hansı bir əməliyyatı
həyata keçirməsindən daha çətindir. Viber də biliyi yaratdığı gəlir və başqa imkanları səbəbindən
gücün qaynağı adlandırmışdır. Nəzəri biliyin praktiki təcrübəyə köçürülməsi isə peşəkarlaşma
baxımından çox vacib məsələdir.
Peşə biliyi texniki və mənəvi yetkinliyə sahibdir. Texniki bilik fərdin sahib olduğu nəzəri biliyin,
praktik təcrübədə müvəfəqiyyət qazanmasına səbəb olmasıdır. Mənəvi yetkinlik isə peşəkarın
birbaşa işi ilə bağlı yox, həm də fərdi və sosial iş sahələri ilə əlaqədar bütün sahələrdə sahib
olduqları yetkinlikdir. Belə ki, peşəkarın müəyyən bir mövzuda necə yol izləyəcəyi onun texniki
yetkinliyini, cəmiyyətə təsir edəcək fikir və fəaliyyətləri isə mənəvi yetkinliyinin göstəricisidir.
Həkimin xəstənin müalicəsinə yönəlmiş həll yolu, mühəndisin körpü tikintisində seçdiyi texniki
avadanlıqlar və üsullar birbaşa texniki yetkinliyə aiddir. Həkimin ümumi səhiyyə sistemi haqqında,
fizikin, və ya mühəndisin nüvə stansiyalarının qurulması, ekoloji siyasət haqqında fikir bildirməsi,
fəaliyyət icra etməsi onun mənəvi yetkinliyinə misal ola bilər. Həm texniki, həm də mənəvi
yetkinliyin olması peşəkarlıq üçün vacib elementdir.
Dostları ilə paylaş: