Baza modulu üzrə Təlim Materialı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə64/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   60   61   62   63   64   65   66   67   ...   84
Peşə etikası

İş etikası anlayışı

İş  etikası  -  iş  həyatındakı  davranışları  idarə  edən  etik  prinsiplər  və  standartlar  toplusudur.  İş  yeri 

etikası,  peşə  etikası  anlayışları  ilə  də  ifadə  olunur.  Hər  hansı  davranışın  etikaya  uyğun  olub, 

olmadığını  təkcə  fərdlərin  etika  və  dəyərləri  təyin  etmir.  Kütləvi  informasiya  vasitələrinin,  müxtəlif 

təşkilatların və sosial qrupların daxil olduğu cəmiyyət tərəfindən təyin edilir.  

Alman əsilli sosioloq və fizik Albert Şvaytzer etikanı şəxslərin müsbət davranışları kimi ifadə etmişdir. 

Onun  fikrincə;  etika  təkcə  öz  işçilərimizin  yaxşılığını  yox,  digər  insanların  da  yaxşılığını  nəzərə  alma 

məcburiyyətidir. Qızıl qayda odur ki, başqalarının sizə necə davranmasını istəyirsinizsə, siz də onlara 

o şəkildə davranın.

İş etikası şirkət daxilində qəbul edilən etik qaydaların necə ifadə olunacağını və rəhbərlərin şirkətin 

idarə  olunmasında  bu  qaydaları  necə  həyata  keçirəcəyini  göstərən  anlayışdır.  Müəssisələrdə 

davranışların  etikaya  uyğun  olub-olmaması  əslində  nisbidir.  Bu  səbəbdən  müəssisələrdə  etik 

qaydaların təyin edilməsi heç də asan olmur. Çünki “siqaret çəkmək qadağandır!” yazısı əks olunmuş 



45 

bir mühitdə işləyən insanlar üçün siqaret çəkmək qeyri-etik davranış sayılmaya bilər. Lakin müəssisə 

üçün əməl olunması vacib qeyri-etik davranışdır.  

İş həyatı bir tərəfdən məhsul, digər  tərəfdən xidmət alış-verişi ilə məşğuldur. Yəni iş eyni zamanda 

pul,  mənfəət,  uğur  deməkdir.  Bəzi  insanlar  üçün  də  iş  həyatı  təkcə  bunlardan  ibarətdir.  Həmin 

insanlar iş həyatıyla əlaqədar yalnızca belə düşüncələrə sahibdirlər: 

“Doğruluq indiyə kimi kimi varlı edib?”



“Hamı edir, mən niyə etməyim?”

“İş həyatında aldatmayan varmı?”



“Səni tutmadıqları müddətdə, nə edə bilirsənsə et” və s.

İş  etikası  iş  həyatında  hökm  sürən  doğru  və  yalnış  davranışları  əhatə  etməkdədir.  Digər  mənada  iş 

etikası  dürüstlük,  sözündə  durmaq,  təbiətə  qayğı  göstərmək,  haqq-hüquqa  riayət  etmək,  edilən 

haqsızlıqlara  qarşı  çıxmaq  kimi  dəyərlərlə  maraqlanır.  Lakin  dürüstlük,  hörmət  və  ədalət  kimi 

anlayışlar ümumi anlayışlardır. Onların kəskin sərhədlərlə təyin olunması çətindir. Bu baxımdan, etik 

qaydaların  təyin  olunmasında  və  inkişafında  fərdlərin  ətrafı,  ailəsi,  xarakteri  böyük  rol  oynayır. 

İnkişafın hər mərhələsində fərdi xüsusiyyətlər vacib faktordur.  



4.1.2. 

T

ələbələr üçün fəaliyyətlər 

“Etika nədır?” sualını lövhədə yazın və şifahi şəkildə ifadə edin. Tələbələr sualla bağlı



biliklərini  nümayiş  etdirsin.  Bildirilən  bütün  fikir  və  mülahizələri  şərh  vermədən

lövhədə  qeyd  edin.  Bütün  fikirlər  ifadə  olunduqdan  sonra,  tələbələr  lövhədə  qeyd

edilən fikirlərin lehinə və əleyhinə olan fikirlərini qeyd etsin, müzakirə olunan mövzu

üçün faydalı hesab etdikləri ideyaları seçsin.

Qruplara  ayrılın.  Hər  qrup  “Başqalarının  sizə  necə  davranmasını  istəyirsinizsə,  siz  də



onlara  o  şəkildə  davranın.”    cümləsində  ifadə  olunan  mənaya  uyğun  başqa  ifadələr,

atalar sözləri yazsın. Mənanı ifadə edən başqa ifadə və atalar sözlərini ən çox tapmış

komandanı qalib seçin. Qalib komanda təqdimat etsin.

Hərkəs Azərbaycan mədəniyyətində seçdiyi bir sahədə adət-ənənəni araşdırsın. Qonaq



qarşılama, yemək adəti, qonaq getmə və s.

1.Çıxan nəticələri sinfə təqdim etsin.

2.Adətlər və etik qaydalar arasında nə kimi oxşar və fərqli cəhətlər olduğunu izah etsin.

“Çiçək oyunu”



Sinfi  qruplara  ayırın.  Hər  qrupdan  mərkəzində  “sinif  üçün  etik  davranışlar”  yazılmış 

çiçək  rəsmi  çəkməsini  istəyin.  Etik  davranış  hesab  etdikləri  davranışları  çiçəyə  ləçək 

çəkərək üzərinə əlavə etsinlər. Ləçək sayı çox olmuş komandanı qalib seçin. Qalib olan 

komanda  etik  davranış  hesab  etdiyi  davranışları  təqdim  etsin.  Təqdimat  əsasında 

müzakirə  təşkil  edin.  Müzakirənin  sonunda  rəsmi  sinif  otağında  görüləcək  uyğun  bir 

yerə yerləşdirin. 

Sinif 

etikası 



46 

Hər bir tələbə tanıdığı bir müəssisənin (alişveriş mərkəzi, kafe, təhsil müəssisəsi və s)



etik  davranışlarını  araşdırsın.  Seçilən  müəssisənin  etik  qaydaları  əsasında  təqdimat

edin. Hansı qaydanın nə üçün əlavə olunduğunu izah edin.




47 

4.1.3. 

Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin