52
vermək
Müəssisəyə sədaqət
Əmək müqaviləsində öhdəlikləri yerinə yetirmək
Mövcud qanun və etik normalara uyğun olma
İş yerinin şəraitini yaxşılaşdırmaq
İşçilərdən maksimum səmərəlilik tələb etmək
Müttəfiqliyə inam
İş yerində etik davranış qaydalarına əməl etmək
Cədvəl 4.1. İşləyənlər ilə işəgötürənlərin hüquq və vəzifələri
İş yerində ümumi davranış qaydaları
Hər bir müəssisə, təşkilat öz etik qaydalarını tərtib edərək, işçilərin davranışlarını bu qaydalar
əsasında tənzimləyir. İnternetdə axtarış versəniz, bir sıra şirkətin etik kodeksləri ilə tanış ola
bilərsiniz. Hər müəssisə öz xidmət sahəsi daxilində fərdi davranış qaydalarını tərtib edir. Lakin
ümumi olaraq iş yerində davranış qaydalarını aşağıdakı kimi sadalaya bilərik:
Düzgünlük – iş prosesində düzgünlük ən əsas dəyərlərdən biridir. İşçilər bir-biri ilə
münasibətdə daima düzgünlük prinsiplərinə əməl etməlidirlər. Yalan məlumat vermək,
işlərin icrasında lazım olan məlumatları səlahiyyətli şəxslərdən gizlətmək, həmkarları ilə
münasibətdə yalnış yönləndirmələr, aldatma məqsədli addımlar atmaq düzgünlüyü pozan
əsas davranışlardır.
Gizlilik – Müəssisəyə aid olan gizli və xüsusi məlumatlar, rəqabətdə çətinlik yaradacaq
məlumatlar, satış sirləri, elan olunmamış maliyyə məlumatları, işləyənlərin şəxsi məlumatları
və üçüncü tərəflərə aid olan gizlilik müqavilələri çərçivəsindəki məlumatları əhatə edir.
Müəssisənin işçiləri həmin məlumatların qorunmasına xüsusi diqqət yetirməlidirlər. Bu
məlumatların paylaşılması yalnızca səlahiyyətli şəxslərin icazəsi ilə ola bilər. İşlədiyi
müəssisədən ayrılan, xaric olan şəxslərin də müəssisə daxilində gizli qalmalı olan məlumatları
yayması qadağandır.
Maraqların toqquşması – müəssisə daxilində hər bir işçi maraqların toqquşmasından uzaq
olmağa çalışmalıdır. Özünün və ya başqa birinin vəzifəsindən istifadə edərək özü üçün, ailəsi
üçün, başqa bir yaxını üçün mənfəət əldə etməkdən qaçmalıdır. Müəssisənin adından şəxsi
mənfəəti üçün istifadə etməməlidir. Hər hansı maraq toqquşması baş verərsə, tərəddütə
düşən şəxs rəhbərinə, insan resursları şöbəsinə və ya mövcuddursa etik qaydalar şöbəsinə
müraciət etməlidir.
Dostları ilə paylaş: