İş hər bir şəxs üçün vacib ehtiyaclardan biridir. Həm psixoloji, həm sosial, həm də fiziki
baxımdan insan üçün əhəmiyyət kəsb edir. Fərdin iş yerində qarşılaşa biləcəyi psixoloji
problemlərin bəziləri ilə tanış olmaq iş həyatına daha hazırlıqlı olmasına kömək edə bilər.
Sadə dildə desək, mobbing – bir və ya bir neçə şəxsin digər insan üzərində
psixoloji terrordur. Yəni iş yerindəki, digər ictimai birliklərdəki emosianal istismardır.
Psixoloji şiddət, təkləmə, alçatmaq, narahat etmək, iş motivasiyasını, özünəinamı qırmaq
Xüsusilə, iyerarxik qruplarda gücü əlində tutan insanın, ya da qrupun psixoloji yollarla
uzunmüddətli və sistemli hökmranlıq etməsidir. Mobbinqin həyata keçirilməsindəki
53
-
Fərdlərarası gərginlik - Ən çox rastlanan problemlərdən biridir. İstər eyni vəzifədən olan
şəxslərlə, istərsə də, yuxarı, ya da aşağı vəzifədən olan insanların çatışması mümkündür.
Əsas səbəb duyğu və düşüncələrdəki fərqliliklərdir. Bundan başqa iş yerində insanlararası
çatışma olduğu kimi, eyni zamanda departamentlərarası çatışmaların da olması
mümkündür.
Çatışmasın ən böyük səbəbi isə ünsiyyətdə olan problemlərdir. Ünsiyyətdə bacarıqsızlıq
həm çatışmanın səbəbi, həm də nəticəsidir.
-
Öhdəliklərin qeyri-müəyyənliyi - Şəxsin nə edəcəyini, kimlərə qarşı hansı məsuliyyəti
daşıdığını bilməməsidir. Şəxsin vəzifəsində öhdəliklərinin dəqiq olmaması, vəzifə
öhdəliklərini bilməməsi, müvəffəqqiyəti qiymətləndirmə kriteriyalarında aydınlıq
olmaması qeyri-müəyyənliyə, stressə və işdən zövq ala bilməməyə səbəb olur. Şəxsin
işdə nəyə səlahiyyətinin çatıb, nəyə çatmadığını bilməməsi, işiylə əlaqədar açıq, dəqiq və
planlı hədəflərinin olmaması rollarda qeyri-müəyyənliyə səbəb olan əsas amillərdəndir.
-
Xroniki stres - iş həyatı hər zaman stressə əlverişli olur. Çalışan şəxslərin şəxsi həyatlarıyla
əlaqədar olan problemlərlə yanaşı, peşəylə bağlı rolları, insanlararası münasibətlərdən
yaranan gərginlik, kariyera gözləntisi, işyerində problemlər, yetərsiz qaynaqların olması
və s. bunlara səbəb olur.
4.3.2.
T
ələbələr üçün fəaliyyətlər
Təhsil aldığınız müəssisənin etik davranış qaydaları baxımından inkişafın hansı
mərhələsində olduğunu öyrənin. Hansı etik qaydaların tətbiq olunduğunu və bunların təyin
olunmasında əsas məqsədlərin nə olduğunu izah edin.
Sinfi iki qrupa bölün. Bir qrup işləyənlərin və işə götürənlərin hüquqlarını, digər qrup isə
işləyənlərin və işəgötürənlərin öhdəliklərini qeyd etsin. Daha sonra yazılı vərəqləri dəyişdirin. Hər
iki qrup eyni mövzu ətrafında qeydlərini etsin. Çıxan nəticələri qrup kapitanları təqdim etsin.
Təqdimat əsasında müzakirə təşkil edin.
Sinfi iki nəfərlik qruplara bölün. Biri:
“Mənə dünənki iclasda hansı qərarın qəbul edildiyini deməlisən”, “Bu məxfi qərarları heç kimə
deməyəcəm” - mübahisə mövzusu təşkil edərək, tərəfdaş tərəfə müraciət etsin. Digər tərəf
bunu icra etməyə çalışsın. Daha sonra tərəflər yer dəyişdirsin. Sonda vəziyyəti qiymətləndirin.
“10 ildir işlədiyiniz müəssisəyə yeni gələn rəhbərin çox yaxın qohumunuz olduğunu öyrənirsiniz.
Boş olan vəzifəyə sizdən daha çox layiq olan başqa birisi olmasına baxmayaraq, sizi gətirməsi
üçün rəhbərə müraciət etməyi düşünürsünüz. Nəticədə, rəhbər olan sizin qohumunuzdur və o
vəzifədə artıq sizin haqqınızdır deyə düşünürsünüz. Rəhbərə bunu necə deyəcəyinizi izah edin.
Bu izahınızı digər yoldaşlarınızdan məxfi saxlayın və sonda müəlliməyə təqdim edin” yazısı olan
vərəqləri tələbələrə təqdim edin. İzləyəcəkləri yolu qiymətləndirin. Növbəti dərs həmin vərəqləri
qarışıq şəkildə sinfə paylayın. Bütün sinif ilə mövcud vəziyyəti müzakirə edin.
İki nəfərlik qruplar mobinqlə bağlı kiçik səhnə hazırlasın. Hazırlanan səhnəciyi rollu oyunla
təqdim edin.
4.3.3.
Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: