Müəssisə və təşkilatlarda etik davranışların idarə olunması nədir?
Etik davranışların idarə olunması dedikdə, müəssisə daxilində istifadə olunan
texnika və prinsiplər nəzərdə tutulur. Etik qaydaların təyin olunmasında və
onların tətbiqində nəzarət texnikalarında istifadə edilir. Əxlaqi prinsiplərin
formalaşmasında hansı fəaliyyətlərin icra edilib, edilməyəcəyini bu texnikalar
aydınlaşdırır. Müəssisənin nəzarət texnikası iş mühitində olabiləcək
mübahisələri həll etmək üçündür. Etik davranış qaydalarının tətbiqində mükafatlandırma və cəza
tədbirlərindən istifadə edilə bilər.
Nəzarət texnikaları ilk olaraq işəgötürmə mərhələsində tətbiq oluna bilər. Müəssisələrin bir çoxu
xarakter testləri istifadə edərək, şəxsin etik qaydalara uyğunluğunu ayırd edə bilirlər. İşə qəbul
etdikdən sonra da nəzarət texnikalarının istifadəsi davam etdirilir. Nəzarət texnikaları müəssisə
daxilində strategiya formalaşdırmaq və tətbiq etmək məqsədilə istifadə edilir. Bu, müəssisədaxili
standartlar və etik kodekslər, fəaliyyətin yoxlanılması və düzəldici fəaliyyət olaraq üç mərhələdə
həyata keçirilir.
Dostları ilə paylaş: |