Baza modulu üzrə Təlim Materialı


Normalar, qaydalar və fərdi etik davranışlar



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə67/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   63   64   65   66   67   68   69   70   ...   84
Peşə etikası

Normalar, qaydalar və fərdi etik davranışlar

Etik normalar və prinsiplərin təyin olunması asan deyil. Bir çox insan özlərinə düzgün gələn

davranışları  vicdanlarının  səsinə  görə  təyin  edirlər.  Etik  normaların  məqsədi  bütün  xoşagəlməz 

davranışların kökünü kəsmək deyil. Əgər müəyyən insan qrupu müəyyən zamanda daha əxlaqlı 

davranmağa başlayarsa, deməli, bu norma və prinsiplər məqsədinə çatmışdır.  

Əxlaq  fərdi  və  ya  qrupu  yönləndirən  davranış  prinsipləridir.  Əxlaq  fərdin  şəxsi  həyatında 

istifadə edildiyində fərdi əxlaq, peşəkar və peşə sahəsində istifadə edildiyində məsuliyyət əxlaqı 

anlayışı ilə ifadə edilməkdədir.  

Mənəvi əxlaq xarakter və davranışda nəyin yaxşı, nəyin pis olmasıdır. Şəxsi əxlaq isə  fərdin 

nəyi  doğru,  nəyi  yalnış  olduğu  mövzusunda  şəxsi  inanclarıdır.  Əxlaqi  dəyərlərdə  də  əsas  nəyin 

yaxşı, nəyin pis olması və bu şəraitdə necə davranılmasıdır.  

Əxlaqi normalar aşağıdakılardır: 

 Dürüstlük – doğru sözlü, oğurluq etməyən, pislikdən qaçan, pis hərəkət etməyən;

 Doğruluq – prinsipləri olan, hörmətcil, qaydalara sadiq olan, ikiüzlülükdən qaçmaq,

vəziyyətə görə dəyişən biri olmamaq;

 Sözündə  duran  –  güvənilən,  verdiyi  sözü  tutan,  öhdəliklərini  yerinə  yetirən,  həm

yazılı, həm də şifahi bütün sözlərinə sadiq olan;

 Sədaqətli  –  ailəyə,  dostlara,  Vətənə  sədaqətli  olan,  peşəkar  fəaliyyətdə  mənfəətini

düşünmədən qərarlar verəbilən;




49 

 Ədalətli – qərəzsiz və açıq fikirli olan, xətaları qəbul edən, haqq və hüquqa bağlılığını

göstərən, fərdlərə münasibətdə fərq qoymayan, başqalarının xəta və əskikliklərindən

özünə fayda əldə etməyən;

 Yardımsevərlik  –  düşüncəli,  bölüşən,  başqalarına  kömək  edən  və  zərər  verməkdən

çəkinən;


 Hörmətcil  olmaq  –  şəxslərin  haqqlarına,  şəxsi  həyatlarına  və  şəxsi  seçimlərinə

hörmət edən, mədəni olmaq, başqalarını alçaldıcı davranışlar etməmək;

 Vətəndaşlıq  məsuliyyəti  –  qanunlara  əməl  etmək,  cəmiyyətə  faydalı,  bütün

demokratik haqq və hüquqlarından istifadə edən (səs vermədə iştirak etmək, fikrini

bildimək və s.), lazım olmadıqca gizlilikdən və məlumatları gizlətməkdən qaçmaq;

 Ən yaxşını axtaran – hər mövzuda ən yaxşını axtarmaq, güvənilən, məhsuldar olmaq.

Potensiyalı  daxilində  bütün  vəzifələrdə  hərşeyin  ən  yaxşısını  etmək,  mübarizlik

göstərmək;

 Məsuliyyətli  –  veriləcək  qərarlarda  məsuliyyətli  ola  bilmək,  davranışlarıyla  nümunə

olmaq,  öz  davranışlarının  məsuliyyətini  daşımaq,  nəticələrini  nəzərə  almaq,

empatiya qura bilmək (özünü başqasının yerinə qoymaq), ailə, müəssisə, dövlət üçün

inanılan fərd olmaq.

Etik qaydaların müəyyən olunması işçilərin həmin qaydalara əməl etməsinə səbəb olur. Etik 

normaları  mənimsəyən  fərdlər  eyni  qaydalar  içində  fəaliyyət  göstərirlər.  Bu  da  həm  onlar 

arasında  bağlılığın  artmasına,  həm  də  həmin  qaydaları  bir-bir  öyrənmələrinə  ehtiyac 

duymamasına gətirib çıxarır. Etik qaydalara əməl etmək fərd və müəssisə adına hər zaman fayda 

verir.  

4.2.2. 

T

ələbələr üçün fəaliyyətlər 

Sinfi 2 qrupa bölün. Bir qrup mənfəətyönümlü, digər qrup vəzifəyönümlü



davranış  qəlibini  izah  etsin.  Çıxan  nəticələr  əsasında  müzakirə  təşkil  edin.  Etik 

davranış  qaydalarının  formalaşmasında  hər  iki  davranış  qəlibinin  rolunu  misallarla 

ifadə edin. 

Bir  qrup  əxlaqyönümlü  davranış  qəlibi  mövzusunda  15-20  dəqiqəlik  diskussiya



aparsın.  Digər  qrup  izləyici  qismində  həmin  qrupu  dairəyə  alın.  Diskussiya  aparan

qrupun  qaydalara  əməl  edib  etmədiyini  dəyərləndirin.  Daha  sonra  qruplar  yer

dəyişdirin.

Sinfi  qruplara  bölün.  Hər  qrup  növbəti  günlər  ərzində  istədikləri  mühitdə  (ev,



məktəb,  qonaqlıq  və  s.)  müşahidə  aparsın.  Müşahidələrin  sonunda  hansı  əxlaq

normalarının çoxluq təşkil etdiyi mövzusunda təqdimat hazırlayın.

Sinfi  iki  qrupa  bölün.  Hər  qrup  əxlaq  normaları  ilə  bağlı  xüsusiyyətləri  açıqlasın.  Ən



çox normanı xüsusiyyəti ilə birgə açıqlayan qrupu qalib seçin.

4.2.3. 

Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin