4.Microsoft word mətn prosessorunun lent interfeysinin home (ev) lent qrupları.
Home (Главная/Ev) tabı obyektlərin: slaydların, bölmələrin, mətnlərin
şəkillərin, xətlərin, müxtəlif həndəsi fiqurların yaranması və formatlaşdırılması
elementlərini daşıyır.
Home (Ev) tabı aşağıdakı lent qrupuna malikdir: Clipboard (Mübadilə buferi), Font (Şrift), Paragraph (Abzas), Styles (Üslublar), Editing (redaktor)
5.Micosoft word mətn proesessorunun lent interfeysində insert (əlavə et) lent qrupları Microsoft Word prosessoru ilə işləyərkən sənədlərin redaktəsi prosesində çox tez-tez
müxtəlif mətn elementlərinin və ya obyektlərin redaktə olunan mətnə yerləşdirilməsinə ehtiyac ehtiyac yaranir.O cümlədən, bəzi idarəetmə elementləri, sənədə səhifələr, cədvəllər,
şəkillər, səhifə nömrələri, cürbəcür simvollar, sərlövhələr, tarix və zamanı, fayl və
obyektlər, əlfəcin və hiperəlaqələr və s. elementlər yerləşdirmək lazım gəlir. Bir-birindən
fərqli bu cür mətn elementlərinin və ya obyektlərin sənədə əlavə edilməsi üçün Insert (Вставка/Əlavə et)tabının əmrlərindən istifadə edilir.
Lentin Insert (Вставка/Əlavə et)tabı açılarkən onun tərkıbi aşağıdakı kimi görünür.
Adlarından da göründüyü kimi taba daxil olan əmrlər mətnə müxtəlif elementlərin yerləş-
dirilməsi üçün nəzərdə tutulur. Odur ki, mətnə hər hansı elementin daxil edilməsi üçün uy-
ğun əmrin icrasından əvvəl kursor mətndə müvafiq mövqedə dayanmalıdır.