1.Microsoft word mətn prosessorunun proqram pəncərəsi və onun əsas komponentləri Mətn prosessoru — mətnlər yaradılması, redaktəsi, formatlaşdırılması üçün istifadə olunan proqramlardır. Mətn redaktorlarından fərqli olaraq mətn prosessorları yalnız mətnlərlə deyil, eyni zamanda cədvəllərlə, şəkillərlə işləmək və hesablamalar aparmaq üçün də istifadə oluna bilərlər. Mətn prosessorundan istifadə etməklə vizit kartları, açıqcalar, təqvimlər və digər sənədlər yaratmaq mümkündür.
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur.
İlk kompüterlər yarandığı vaxtdan başlayaraq onların proqram təminatları içərisində
müxtəlif sənədlərin yığılmasını, tərtibatını, nizamlanmasını və çap olunmasını təmin edir.. Bu cür proqramlar tərtib edən proqramlaşdırıcılar əsasən sənədlərin kompüterdə
yığılmasını, redaktə edilməsini və çap olunmasını təmin etmək proqram paketləri-redaktorlar yaratmağa çalışırlar.
daktorlar yaratmağa çalışırlar.Bu problemləri həll etmək üçün müxtəlif proqramçılar qrupu tərəfindən bir çox redaktorlar yaratmışdır. Bulara misal olaraq: LEKSİKON, FOTON, NE, MS WORD, LOTUS ,WRITE, LOTUS, WORD və s. (WINDOWS sistemi üçün) göstərmək olar.
Mövcud redaktorlar içərisində MICROSOFT WORD mətn prosessoru müxtəlif mürəkkəblik dərəcəsinə malik sənədlərin yığılması, redaktə edilməsi tərtibatı və çap edilməsi üçün istifadə edilir.