Səhifə düzəni ilə iş sənədlə işin vacib məqamıdır. Page Layout (Разметка
страницы/Səhifə düzəni) tabının lent qruplarından istifadə etməklə səhifənin
parametrlərinin, fonunun dəyişdirilməsi, həmçinin mövzular və abzaslar üzərində
əməliyyatların yerinə yetirilməsi, qrafik obyektlərin mətnlərə nəzərən vəziyyətinin idarə
olunması və digər əməliyyatların icrası mümkündür. Adətən səhifə düzəni ilə bağlı
məsələlər sənədlə ilkin işə başlayarkən müəyyənləşdirilir. Ancaq bunu sonra da etmək
olar, lakin bu zaman sənədin tərtibatında bəzi dəyişikliklər baş verə bilər.
Page Layout (Разметка страницы/Səhifə düzəni) tabı aşağıdakı lent qrupuna
malikdir: Themas (Темы/Mövzular), Page Setup (Параметры страницы/Səhifə
Parametrləri), Page Background (Фон страницы/Səhifənin Arxa Planı), Paragraph (Абзац/Abzas), Arrange (Упорядочить/Nizamla).
Themas (Mövzular)-rənglər, şriftlər və effektlər də daxil olmaqla sənədin bütün
dizaynının dəyişdirilməsini təmin edir.