Qiymətlərin təşəbüskarlıqla aşağı salınması.
Firmanın qiyməti aşağı salmaq fikrinə gəlməsinin bir neçə səbəbi ola bilər.
Birinci səbəb: istehsal yüklərinin tam yüklənməməsidir.
Ikinci səbəb: şiddətli qiymət rəqabətinin təsiri altında bazar payının kiçildilməsidir.
Üçüncü səbəb: firma ucuz qiy-lər hesabına bazarda hakim mövqe tutmağa çalışması-r.
Qiymətlərin təşəbüskarlıqla artırılması.
Qiymətlərin artmasını doğuran əsas səbəblərdən birincisi: xərclərin artması ilə əlaqədə olan ümumdünya inflyasiyasıdır (neft, enerji).
İkinci səbəb: tələbatın həddən artıq olmasıdır.
Qiymətlərin dəyişməsinə istehlakçıların reaksiyası.
Qiymətlərin artması və ya aşağı düşməsi müştərilərin, rəqiblərin, distribyutorların mənafeyinə toxunacaq və dövlət idarələrinin marağına səbəb olacaqdır.
Istehlakçılar qiymətlərin dəyişməsini heç də həmişə düzgün izah etmirlər. Qiymətin aşağı düşməsini onlar belə izah edirlər:
əmtəə tezliklə ayrı modellə əvəz olunacaq
əmtəənin (bazarda) qüsurları var.
firma çətin maliyyə vəziyyətinə düşüb
bi az gözləmək lazımdır, qiymət birdə düşəcək
əmtəənin keyfiyyəti aşağı düşüb
Dostları ilə paylaş: |