Şaquli marketinq sistemi. (ŞMS)
Ənənəvi tipik bölgü kanalı müstəqil istehsalçıdan, bir və ya bir neçə topdansatış tacirindən, bir və ya bir neçə parakəndə satış tacirindən ibarətdir. Kanalın hər bir üzvü bütövlükdə sistem üzrə ən yüksək mənfəət götürülməsinə xələl gətirmək hesabına belə özünə mümkün qədər çox mənfəət təmin etməyə çalışan ayrıca müəssisədir.
Kanal üzvlərindən heç biri qalanlarının fəaliyyətinə tam və ya kifayət qədər nəzarət edə bilmir.
Şaquli marketinq sistemi (ŞMS) işə əksinə, vahid sistem kimi fəaliyyət göstərən istehsalçıdan, 1 və ya bir neçə topdansatış tacirdən, bir və ya bir necə pərakəndə satış tacirindən ibarətdir. Bu halda kanal üzvlərindən biri qalanlarının sahibidir.
Şaquli marketinq sistemi çərçivəsində həm istehsalçı, həm topdansatış taciri, həmdə parakəndə satış taciri hakim qüvvə ola bilər.
Dostları ilə paylaş: |