Üfüqi marketinq sistemlərinin yayılması.
Bölgü kanallarına xas olan digər nadir hadisə iki və daha çox firmanın açılan marketinq imkanlarının birgə mənimsənilməsində öz səylərini birləşdirməsidir. Ayrıca firmanın təkbaşına fəaliyyət üçün ya kapitalı, texniki bilikləri, istehsal gücləri, marketinq ehtiyatları bəs etmir, ya o riskə cürət etmir, ya da başqa firma ilə qüvvələrini birləşdirməkdə özü üçün xeyli fayda görür. Firmalar həm müvəqqəti, yaxud daimi əsasda əməkdaşlıq edə bilər, həm də ayrıca müştərək şirkət yarada bilərlər. Məs: “Doktor Pepper” firmasının öz alkoqolsuz içkilərini doldurmaq üçün gücü catmırdı və o “Koka-Kola” ilə əməkdaşlıq edən doldurucu firmaları lisenziya əsasında işə cəlb etmək qərarına gəldi.
Dostları ilə paylaş: |