Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə117/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   113   114   115   116   117   118   119   120   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Əmtəənin irəlilədilməsi – təkcə xərclər demək deyil, həm də tələbatın yaradılmasının potensial alətidir. Əmtəənin irəlilədilməsinin təkmilləşdirilməsi hesabına daha yaxşı xidmət və ya qiymətin ucuzlaşdırılmasını təklif etməklə, əlavə müştərilərin cəlb olunması mümkündür. Əmtəələrin vaxtında göndərilməsini təmin etmədikdə firma öz müştərilərini itirir.

Deməli, əmtəənin irəlilədilməsi xərclərə potensial yüksək qənaət və müştərilərin daha çox məmnun qalmasının təmin olunması sahəsidir. Sifarişlərin işlənməsi və anbarlaşdırmanın təşkili üzrə mütəxəssislərin, əmtəə ehtiyatları və ekspedisiya – nəqliyyat xidmətləri müdürlərinin qəbul etdiyi qərarlar öz əksini digər fəaliyyət sahələrinin xərclərinin səviyyəsində, firmanın tələbatı idarə etmək qabiliyyətində tapır. Əmtəənin irəlilədilməsi konsepsiyası bütün bu qərarların vahid quruluş çərçivəsində əlaqələndirilməsini tələb edir. Müştərilərə arzu edilən xidmət səviyyəsinin ən aşağı ümumi xərclərlə təmin edə biləcək idarəetmə sisteminin yaradılması məsələsi qarşıya çıxır.

Hər bir halda firma planlaşdırma prosesində əldə rəhbər tutması mümkün olan əmtəə hərəkəti sisteminin məqsədlərini aydınlaşdırmalıdır və bu kompleksi işləyib hazırladıqdan sonra, firma bu məqsədləri ən aşağı xərclərlə əldə olunmasını təmin edən əmtəə sistemini yaratmağa başlayır. Bu vaxt aşağıdakı əsas suallar üzrə qərarlar qəbul edilməlidir:

1. Sifarişçilərlə nə cür işləməli? (Sifarişlərin işlənilməsi qərarı)

2. Əmtəə-material ehtiyatlarınıharada saxlamalı? (Anbarlaşdırıma qərarı)

3. Hansı ehtiyat daim əl altında olmalıdır? (Əmtəə-material ehtiyatları qərarı)

4. Əmtəələri hansı üsulla göndərməli? (Daşınma qərarı)

Əmtəənin irəlilədilməsində anbarlaşdırma, əmtəə-material ehtiyatlarının saxlanması və daşınması haqqında qərarlar yüksək dəqiqliklə əlaqələndirilmələrini tələb edir. Get-gedə daha çox firma tərkibinə əmtəə hərəkətinin təşkilinin müxtəlif cəhətlərinə görə məsuliyyət daşıyan müdürlər daxil olan daimi komitələr təsis edir. Belə komitə öz iclaslarında bütövlükdə bölgü sisteminin səmərəliliyinin artırılmasının əsas istiqamətlərini işləyib hazırlayır. Bəzi firmalar özlərində marketinq üzrə vitse-prezidentə yaxud istehsal üzrə vitse-prezidentə və hətta birbaşa prezidentə tabe olan əmtəə irəlilədilməsi üzrə vitse-prezident vəzifəsini təsis edirlər. Əmtəənin irəlilədilməsi şöbəsinin firmanın quruluşunda tutduğu yer – ikinci məsələdir. Başlıcası bundadır ki, firma əmtəə hərəkətinin təşkilinin və marketinq fəaliyyətini əlaqələndirmək yolu ilə mötədil xərclər çərçivəsində bazarın yüksək dərəcədə razılığını təmin edə bilir.




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin