Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Əmtəələrin topdan satışının formaları və metodları



Yüklə 1,27 Mb.
səhifə120/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   116   117   118   119   120   121   122   123   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

3.Əmtəələrin topdan satışının formaları və metodları.
Əmtəələrin topdan satışı pərakəndə satışdan fərqli olaraq əmtəələrin topdan alıcılara reallaşdırılmasını nəzərdə tutur. Belə satışın nəticəsi topdan maldövriyyəsinin müəyyən məbləğində öz əksini tapır. Topdan mal dövriyyəsi isə topdan müəssisənin (firmanın) fəaliyyətinin əsas göstəricilərindən biridir.

Əmtəələrin topdan satışı iki formada həyata keçirilə bilər: tranzit formada, bu zaman topdan müəssisə əmtəələri öz anbarlarına daxil etmədən onların satışını aparır və ya əmtəələrin satışını öz anbarlarından həyata keçirir. Bu forma satışların nəticəsi öz əksini müvafiq olaraq topdan tranzit mal dövriyyəsində və topdan anbar mal dövriyyəsində tapır.

Bazaların topdan maldövriyyəsində anbar topdan maldövriyyəsi daha böyük xüsusi çəkiyə malikdir. Topdan bazaların tranzit dövriyyəsi öz növbəsində hesablaşmalarda iştirak etməklə dövriyyəyə (ödənilmiş və ya bazarın xüsusi vəsaitlərinin girov qoyulması) və hesablaşmalarda iştirak etmədən dövriyyəyə (ödənilməmiş, təşkil olunmuş) bölünür. Hesablaşmalarda iştirak etməklə tranzit zamanı baza mal-göndərənə boşaldılmış yüklərin dəyərini ödəyir və sonradan bu məbləği öz alıcılarından alır. Hesablaşmalarda iştirak etmədən tranzit zamanı malgöndərən hesabı topdan bazaya deyil, birbaşa mal alana təqdim edir. Tranzit dövriyyənin təşkili zamanı topdan baza malgöndərənlə malalan arasında vasitəçi rolunu yerinə yetirir. Lakin topdan baza həm malgöndərənlə, həm də malalanla müqavilələr bağlayır, sifariş siyahılarını (tapşırıqlarını) təqdim edir, müqavilələrin yerinə yetirilməsinə nəzarət edir.

Tranzit mal dövriyyəsinin əmək tutumu anbar dövriyyəsindən xeyli aşağıdır. Buna görə də, tranzit əlavələrinin (qiymət əlavələrinin) nisbətən yüksək səviyyə-sində bu dövriyyə topdan bazalar üçün əlverişlidir. Topdan alıcılar üçün bazalarla bağladıqları müqavilələrdə tranzit əmtəə göndərilməsinin mümkünlüyünün və tranzit əlavələrinin həcminin nəzərdə tutulması məqsədəuyğun hesab olunur.

Əmtəələrin tranzit daşınması üçün əsas sənəd əmtəələrin sifariş (tapşırıq) siyahısıdır ki, bu da topdan müəssisə (baza) tərəfindən tərtib olunur və konkret malgöndərənə (istehsalçıya) ünvanlanır, bir surəti isə bazanın müştərisi olan alıcıya göndərilir.

Bir neçə mal alıcısı üçün tərtib edilmiş tapşırıq-mal bölüşdürücü sənəd hesab olunur. I rüb üçün mal bölüşdürücü sənəd müqaviləyə əlavə olunur, digər rüblər üçün isə müvafiq rüb başlayana qədər müəyyən edilmiş müddətdə alıcı tərəfindən təqdim edilir. Mal bölüşdürücü sənədlərin surətləri bütün mal alanlara göndərilir. Tapşırıqlar və mal bölüşdürücü sənədlər vahid bir forma əsasında doldurulur və iki hissədən, müxabir (malgöndərən və malalanın rekvizitləri, tapşırığın əsası, ödəyi-cinin adı) və faktoru (əmtəənin adı, kəmiyyəti, qiyməti, məbləği və s.) hissələ-rindən ibarət olur.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin