2. Əmtəələrin topdan satışı üzrə kommersiya işinin təşkili.
Əmtəələrin topdan alıcılarının tapılması öz məqsədli bazarını müəyyənləşdi-rərkən artıq nəzərdə tutulur. Buna isə bölgənin, mövcud məhsula olan tələb və təklifin, rəqabət şəraitinin, əmtəənin rəqabət qabiliyyətliliyi səviyyəsinin (marka, satışdan sonrakı xidmətin keyfiyyəti, qiymət və s.) marketinq tədqiqatları əsasında öyrənilməsi yolu ilə nail olmaq mümkündür. Satış bölgəsini (rayonunu, zonasını) müəyyənləşdirdikdən sonra bazarı seqmentləşdirərək ən əlverişli seqmenti seçmək lazımdır. Bu zaman, ilk əvvəl, bazarın yalnız bir seqmentində fəaliyyət göstərmək daha məqsədəuyğundur (belə olduqda topdan firmanın şansları daha yüksək olur). seqment seçimindən sonra bu əmtəənin bu bazarda mövqelərini dəqiqləşdirmək lazımdır.
Bazarda nəzərdə tutulan mövqenin müəyyənləşdirilməsi malgöndərən firmanın yüksək mənfəət əldə etməsini və satışın arzuolunan həcmdə olmasını təmin etməlidir.
Dostları ilə paylaş: |