Şaquli marketinq sistemi (ŞMS) – kanalın fəaliyyəti üzərində nəzarət və onun şəxsi məqsədlərini güdən ayrı-ayrı üzvləri arasında münaqişələrin qarşısını almaq vasitəsi kimi meydana çıxmışdır.
Şaquli marketinq sisteminin 3 əsas tipi məlumdur. Bunlar:
Korparativ Ş.M.S. – burada istehsalın və bölgünün ardıcıl mərhələləri vahid tabeçilikdədir.
Müqavilə Ş.M.S. – təkbaşına nail olacaqlarından artıq qənaət yaxud kommersiya nəticələrini birgə əldə etmək üçün bir-biri ilə müqavilə münasibətləri ilə bağlı olan və öz fəaliyyət proqramını əlaqələndirən müstəqil firmalardan ibarətdir. Müqavilə Ş.M.S.-nin üç növü vardır:
topdansatış tacirlərinin himayəsi altında parakəndə satış tacirlərinin könüllü həlqələri.
Parakəndə satıcıların kooperativləri.
Imtiyazı olanların təşkilatları.
Imtiyazın 3 forması var:
Avtomobil sənayesində yayılmış - istehsalçı himayəsi altında imtiyaz saxlayan parakəndə satıcılar sistemidir.
Alkoqolsuz içkilər ticarəti sahəsində yayılmış - Istehsalçının himayəsi altında imtiyaz saxlayan topdansatış tacirləri sistemidir.
Xidmətlər firmasının himayəsi altında imtiyaz saxlayan parakəndə satıcılar sistemidir.
Idarə olunan ŞMS – istehsalın və bölgünün bir sıra ardıcıl mərhələlərinin fəaliyyətini vahid sahibkara mənsubiyyətinə görə deyil, onun iştirakçılarından birinin iriliyi və gücü sayəsində əlaqələndirir.