Kanalın yaradılması – onun mümkün quruluşunun vasitəçilərin tipi və sayı nöqteyi-nəzərindən öyrənilməsini tələb edir. Kanalın idarə olunması yüksək ixtisaslı vasitəçilərin seçilməsini və həvəsləndirilməsini tələb edir. Hər bir kanal üzvünün fəaliyyəti keçmiş və indiki göstəriciləri müqayisə edilməklə, onun satış göstəricilərinin kanalın digər üzvlərinin göstəriciləri ilə müqayisə edilməklə, vaxtaşırı qiymətləndirilməlidir.
2. Bölgü kanallarının funksiyaları və səviyyələri.
Bölgü kanalı - əmtəələrin istehsalçıdan istehlakçıya doğru hərəkət etdiyi yoldur. Onun sayəsində əmtəələr və xidmətlər, onlardan istifadə etmək istəyənlər arasında zaman, məkan və sahibkarlıq hüququndakı uzunmüddətli fasilələr qısalır. Bölgü kanalının üzvləri bir sıra mühüm funksiyaları yerinə yetirir: