Təbliğat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi. Digər stimullaşdırma vasitələri ilə birgə istifadə olunduğuna görə, təbliğatın firmanın fəaliyyətindəki rolunu qiymətləndirmək çətindir. Amma digər vasitələri cəlb etməzdən əvvəl ona müraciət etdikdə,qiymətləndirmə nisbətən asanlaşır.
Təbliğatın səmərəliliyinin müəyyənləşdirilməsinin ən sadə üsulu informasiya yayımı vasitələrində yerləşdirilmiş materialla ünsiyyət sayının ölçülmısidir.
Təbliğat kompaniyasının keçirilməsi nəticəsində əmtəə haqqında xəbərdarlıq, onun mahiyyətinin başa düşülməsi və münasibətlərin dəyişməsi səviyyəsinin ölçülməsi (digər stimullaşdırma vasitələrinin təsirinə müvafiq düzəlişlərlə) daha dolğun məlumatlar verir. Bütün bu dəyişkənliklərin iki dəfə - kompaniyadan əvvəl və sonra – ölçülməsi zəruridir.
Dostları ilə paylaş: |