2. Kommersiya təbliğatı və satışın həvəsləndirilməsi.
Kommersiya təbliğatı (ingiliscə publicity – kütləvilik, aşkarlıq) dedikdə əmtəə və xidmətlərə tələbin qeyri-şəxsi stimullaşdırılması nəzərdə tutulur. Yəni mətbuatda xoş rəylərin çap olunması, radio, televiziya və səhnədə faydalı və əlverişli görüşlərin təşkili formasında aparılan və heç bir konkret sponsor tərəfindən maliyyələşdirilməyən fəaliyyət başa düşülür.
Öz məqsədlərinə nail olmaq üçün kommersiya təbliğatı çoxsaylı və rəngarəng vasitə və üsullardan istifadə edir. Onları bir neçə istiqamət üzrə sistemləşdirmək olar: