Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Mövzu 13: Marketinqdə planlaşdırma və nəzarət



Yüklə 1,27 Mb.
səhifə142/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   138   139   140   141   142   143   144   145   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Mövzu 13: Marketinqdə planlaşdırma və nəzarət.

Plan :
1. Marketinq və planlaşdırma haqqında anlayış.

2. Marketinqin məqsəd və strategiyasının planlaşdırılması.

3. Marketinq nəzarəti prosesi.
1. Marketinq və planlaşdırma haqqında anlayış.

Müəssisəni əhatə edən mühitin dinamikasının və mürəkkəbliyinin daimi dəyişməsi sistemli planlaşdırmanın rolunu və əhəmiyyətini daha da artırır. Bu baxımdan marketinq sisteminin planlaşdırılması müstəsna rola malikdir. Müəssisədə məhsulun satışı işinin təşkili onun təsərrüfat fəaliyyətinin ən zəif yerlərindən biri olduğu üçün, marketinqin planlaşdırılması müəssisənin digər sahələrində də (maddi-texniki təminatın, istehsalın və maliyyənin) planlaşdırılmasında əsasını təşkil edir.

Planlaşdırmamüəssisənin, firmanın, şirkətin satışının, mənfəətinin artırılmasına yönəlmiş və iki hissədən (strateji planlaşdırma və marketinq planlaşdırılmasından) ibarət olan formal prosesdir. Başqa sözlə, bu təsərrüfat işləri prosesində cəmiyyətin iqtisadi qanunları tətbiq etmək vasitəsi kimi idarəetmənin iqtisadi metodlarından biridir. Onun əsas prinsipləri planların proporsionallığının, fəsiləsizliyinin, vəhdətinin və kompleksliliyinin, sosial-iqtisadi nəticələrə görə plan tapşırıqlarının və təhlil edilməsinin təmin olunmasından ibarətdir.

Planlaşdırmanın metodları: balans və normativdir.

Planlaşdırma - fəaliyyətin xüsusi bir növü olmaqla, məhsulun yaradılması, istehsalı və satışının təşkili, planının işlənib hazırlanması, onun bölmələrinin qarşılıqlı uzlaşdırılması və icrasına daim nəzarətin həyata keçirilməsi prosesidir. Planlaşdırmanın mahiyyəti aşağıdakı şəkildə göstərilmişdir.


Şəkil 1. Planlaşdırmanın mahiyyəti


Planlaşdırma – planların işlənib hazırlanması prosesi olmaqla, daim dəyişən bazar münasibətləri şəraitində müəssisənin fəaliyyətinin təkmilləşdirilməsinin yeni yollarının və üsullarının müntəzəm axtarılması və istifadə edilməsidir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin