Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Strateji planlaşdırma və bunun məqsədi : Strateji planlaşdırma



Yüklə 1,27 Mb.
səhifə143/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   139   140   141   142   143   144   145   146   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Strateji planlaşdırma və bunun məqsədi : Strateji planlaşdırma – marketinq sahəsində müəssisənin məqsədləri, onun potensial imkanları və şansları arasında strateji uyğunluğun yaradılmasının və qorunub saxlanmasının idarə edilməsi prosesidir. O, müəssisənin aydın ifadə olunmuş proqram bəyanatına, köməkçi məqsədlərin və vəzifələrin ifadəsinə, sağlam strategiyasına istinad edir, yəni onlara əsaslanır.

Marketinqə dair olan ədəbiyyatlarda strateji planlaşdırmanın mərhələləri aşağıdakı şəkildə göstərilmişdir.




Şəkil 2. Strateji planlaşdırmanın mərhələləri.

Bir çox mütəxəssislərin fikirincə, bazardakı vəziyyət həddən artıq yüksək sürətlə dəyişir. Buna görə də planlardan heç bir xeyir gəlmir. Nəticədə isə həmin planlar sadəcə olaraq, rəflərdə qalıb tozlanacaqlar. Məhz buna görə və bir sıra səbəblər üzündən müəssisələrin çoxu özlərində formal planlaşdırmanı tətbiq etmirlər.

Amma, bu deyilənlərə baxmayaraq, planlaşdırma çox böyük iqtisadi səmərə gətirə bilər. Melbill Branc bu faydaları aşağıdakı ardıcıllıqla sadalayır:

1. Planlaşdırma müəssisə rəhbərlərini daim gələcək dövr haqqında ciddi düşünməyə həvəsləndirir.

2. O, müəssisənin səylərinin daha dəqiq əlaqələndirilməsinə gətirib çıxarır.

3. O, sonradan nəzarət üçün fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir.

4. O, müəssisənin rəhbərlərini öz vəzifələrini və göstəricilərini daha dəqiq və ciddi müəyyənləşdirməyə məcbur edir.

5. O, müəssisənin gözlənilmədən baş verə biləcək hər hansı bir dəyişmələrə qarşı hazırlıqlı edir.

6. O, müəssisənin bütün rəhbər şəxslərinin vəzifələrinin qarşılıqlı əlaqəsini daha aydın şəkildə nümayiş etdirir.

Onu da qeyd etmək lazımdır ki, strateji planlaşdırmanın uzun dövr üçün nəzərdə tutulmasına baxmayaraq, onu uzunmüddətli planlaşdırma ilə heç cür qarışdırmaq, yəni eyniləşdirmək olmaz. Çünki, burada əsas kimi, vaxt (zaman) horuzontu (üfiqi) deyil, planın məzmunu götürülür.

Strateji planlaşdırma çərçivəsində əsasən aşağıdakı momentlər müəyyən edilir. 1. Müəssisənin bilavasitə işləyəcəyi məhsullar xidmətlər, bazarlar və onların seqmentləri, eləcədə miqdar və keyfiyyət məqsədləri təsdiq edilir.

2. Marketinqin strategiyası qeyd edilir: yəni bazar partiyalarına münasibətlər üzrə davranış prinsipləri və marketinq konpleksi üçün «baş xətt» müəyyən edilir. 3. Strateji plana uyğun olaraq resursların təşkilat strukturları üzrə bölgü həyata keçirilir.

Marketinq proqramması daha dolğun və dəqiq planlaşdırılır: Marketinq instrumentlərinin istifadəsi və onların «Marketinq-miks» çərçivəsində kombinələşdirilməsi planlaşdırılır.

Vəziyyətin təhlili: Marketinqin planlaşdırılmasının əsas və başlanğıc punktu -müəssisənin cari və gələcək vəziyyətinin təhlilidir. Onun nəticələrindən asılı olaraq məqsəd və müvəffəqiyyətə nail olmaq üçün strategiya seçilir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin