Marketinq planının bölmələri : Marketinq planını əsas bölmələrinə F.Kotler aşağıdakıları daxil edir: nəzarət göstəricilərinin icmalı; cari marketinq vəziyyətinin ifadə olunması; təhlükə və imkanların siyahısı; vəzifə və problemlərin siyahısı; marketinq strategiyalarının və fəaliyyət proqramlarının ifadə olunması; büdcələr və nəzarət qaydası aşağıdakı şəkildə göstərilmişdir. Şəkildən göründüyü kimi, sistemləşdirilmiş marketinq planı, müxtəlif növ planların tərkib hissələrini özündə cəmləşdirir. Bu isə son nəticədə bütün tədbirlərin əlaqələndirilməsinə və planın qarşısına qoyulmuş məqsədlərə çatmağa əlverişli şərait yaradır.