Marketinq proqramının planlaşdırılması: Ümumi strateji planlar işlənib hazırlandıqdan sonra hər bir istehsal məhsulları, markalar və bazarlar üzrə öz marketinq proqramını işləyib hazırlamalıdır.
Belə ki, müəssisənin strateji planı onun məhz hansı istehsallarla məşğul olacağını müəyyənləşdirir və bu istehsalların vəzifələrini ifadə edir. Bundan sonra onun hər biri üçün tam təhsilatlı planlar hazırlamaq lazımdır. Əgər istehsal özündə bir neçə çeşid əmtəəni, markanı və bazarı cəmləşdirirsə də, onların hər biri üçün xüsusi plan işlənib hazırlanmalıdır. Məhz buna görə də biz istehsal planları, məhsul buraxılışı planları ilə qarşılaşırıq. Bütün bu planların məcmusunu bir termin ilə «Marketinq planı» adlandırırlar.
Dostları ilə paylaş: |