Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə154/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   150   151   152   153   154   155   156   157   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Reklam vasitəsilə alıcılara mallar və xidmətlər, onların kəmiyyət və keyfıyyəti, xassələri, çeşidləri, istifadəsi, istismarı və digər məlumatlar haqqında doğru, dürüst məlumatlar verməlidir.

Reklam vasitəsilə alıcılara mallar haqqında yalan və şişirdilmiş məlumatların verilməsi yolverilməzdir. Habelə bazar subyektlərinin, əmtəənin, istehlakçını çaşdıra bilən yalnış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir. Reklamın tərtib edilməsinə çəkilən xərclər çox yüksək olmamalı və malın qiymətinə təsir göstərməməlidir.

Reklam malla təchizetmənin və alıcı tələbinin formalaşdırılması üzrə aparılan məqsədyönlü işlərin əsas tərkib hissəsi hesab olunur.

Dünya təcrübəsində reklamın gücü və rolu məlumdur. Hər şeydən əvvəl, reklam vasitasilə alıcılara mal və xidmətlər haqqında təsvir edilmiş çox qısa və konkret məlumatlar verilir. Onu da qeyd etmək lazımdır ki, əgər reklam həmişə ancaq məlumatdırsa, onda məlumat həmişə reklam ola bilməz.

Reklam, bir tərəfdən istehlakçıya lazım olan malların alınması və onlardan istifadə edilməsi haqqında məlumat verir, digər tərəfdən isə adamların emosiyası və psixologiyasına təsir göstərərək onların seçiminə inam yaradır.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin