Özünü ifadə etmək tələbatları (özünüreal-laşdırma, karyera)
Qavrayış. Eyni əsası olan iki müxtəlif adam eyni bir obyektiv vəziyyətdə müxtəlif cür hərəkət edə bilər, çünki onlar vəziyyəti müxtəlif cür (hərəkət edə bilər) qavrayırlar.
Qavrayış nəinki fiziki qıcıqlandırıcıların xarakterindən, həm də qıcıqlandırıcıların ətraf mühitə və fərdə münasibətindən də asılıdır.
Insanlar eyni bir qıcıqlandırıcıya müxtəlif reaksiya verməklə fərqlənə bilər. Məs.
Seçim qavrayışı – Fərd hər gün külli miqdarda qıcıqlandırıcılarla qarşılaşırlar. Fərd sadəcə hər birinə reaksiya vermək iqtidarında deyil.
Seçim təhrifi – insanların informasiyaya şəxsi əhəmiyyət verməklə, onun şəklini dəyişdirmək meyli nəzərdə tutulur.
Seçim yaddaşı – insan öyrəndiklərinin çoxunu sadəcə olaraq unudur. O yalnız öz münasibətlərinə və ehtiqatlarına tərəfdar olan informasiyanı yadda saxlamağa meye göstərir.
Mənimsəmə - toplanmış təcrübənin tə’siri altında fərdin davranışında baş verən müəyyən dəyişikliklərdir. İnsan bilikləri fəaliyyət prosesində mənimsəyir.