Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Sənaye təyinatli əmtəələrin bazarı



Yüklə 1,27 Mb.
səhifə57/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   53   54   55   56   57   58   59   60   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Sənaye təyinatli əmtəələrin bazarı:

Bu satılacaq, icarəyə veriləcək yaxud başqa istehlakçılara göndəriləcək əmtəələrin və ya xidmətləri tədarük edən şəxslərin və təşkilatların məcmusudur.

Ba bazarın fəaliyyət sahələri bunlardır:



  1. kənd, meşə və balıq təsərrüfatı;

  2. dağ – mədən sənayesi;

  3. e’mal sənayesi;

  4. tikinti;

  5. nəqliyyat;

  6. rabitə;

  7. kommunal təsərrüfat;

  8. bank, maliyyə və sığorta işi;

  9. xidmət.

Sənaye təyinatlı əmtəələr bazarı onu geniş istehlak malları bazarlarından kəskin fərqləndirən müəyyən əlamətlərə malikdir. Bu əmtəələr aşağıdakılardır:

  1. burada alıcıların sayı azdır;

  2. bu azsaylı alıcılar samballıdır;

  3. bu alıcılar coğrafi cəhətdən təmərgüzləşmişlər;

  4. sənaye təminatlı əmtəələrə olan tələbat geniş istehlak mallarına olan tələbatla müəyyənləşdirilir;

  5. sənaye təminatlı əmtəələrə olan tələbat kəskin dəyişir;

  6. sənaye təminatlı əmtəələrin alıcıları – peşəkardırlar.

Sənaye təyinatlı əmtə-rin alıcıları tədarük haqqında hansı qərarlar qəbul edirlər?

Tədarükün baş verməsi vəziyyətlərin əsas növləri:



  • dəyişikliksiz təkrar tədarük;

  • dəyişikliyi olan təkrar tədarük;

  • yeni məsələlərin həlli üçün tədarük;

Tədarük haqqında qərar qəbul edilməsi prosesində nəzərə alınan amillər:

1) əmtəənin texniki xassələri;

2) qiymət hüdudları;

3) göndəriş vaxtı və şərtləri;

4) hesablaşma şərtləri;

5) sifarişin həcmi və s.

Sənaye təyinatlı əmtəələrin alıcıların əsas təsiri göstərən amillər.

Alıcıların çoxu öz problemini çoxlu miqdarda qərarlar qəbul etmədən, kompleks şəkildə və birdəfəlik həll etməyə üstünlük verirlər. Belə yanaşma dəstləşdirilmiş tədarük adlanır. Ilk dəfə silahlı qüvvələrdə silah və rabitə (rasiya) vasitələrinin tədarükündə dövlət sifariş vermişdir. O tərkib hissələri ayrı-ayrılıqda alıb sonradan birləşdirmişdirlər.

Sonralar baş podrat çı bu cür dəstlərə müqavilələr təklif etməyə başlamışdır və təstləşdirilmiş satış təcrübəsinə keçmişdir.

Təstləşdirilmiş satış iki (2) forması vardır:

1) malgöndərənin bir-biri ilə qarşılıqlı əlaqəsi olan əmtəə qruplarını satdığı haldır. (Məs. təkcə yapışqan deyil həmdə fırça, quruması alətlər satılır);

2) öz alıcısına malgöndərən tərəfindən istehsalın və ehtiyatların idarə olunması sisteminin, bölüşdürmə sisteminin və başqa xidmətlərin satıldığı haldır.

Dəstləşdirilmiş satış müştərilərin cəlb olunması və əldə saxlanılmasına yönəlmiş sənaye marketinqi strateqiyasının əsas elementidir.

Sənaye təyinatlı əmtəələr və xidmətlər bazarında yüz milyard $ məbləğində tədarükü kim həyata keçirir?

Bu məsələ ilə ya yeganə təchizatçı, ya tədarük üzrə bir-neçə agent, ya da tədarük üzrə vitse-prezidentin başçılıq etdiyi iri maddi-texniki təchizat şöbəsi məşqul ola bilər. Istənilən tədarük mərkəzinin tərkibi və ölçüsü alınan əmtəənin sinfindən asılı olaraq dəyişəcək. Bunun üçün satıcı bunları aydınlaşdırmalıdır: 1) qərar qəbul edənlər kimdir; 2) onlar hansı qərarlara təsir göstərə bilərlər; 3) onların nüfuz dərəcəsi; 4) qərar qəbul edərkən, iştirakçılardan hər biri hansı meyarları əldə rəhbər tutur.

Sənaye təyinatlı əmtəələrin alıcıları bazarlıq haqqında qərarı necə qəbul edirlər?



  1. Problemin dərk olunması;

  2. Ehtiyacın ümumiləşdirilmiş təsviri;

  3. Əmtəənin əlamətlərinin qiymətləndirilməsi prosesinin işlənib hazırlanması;

  4. Malgöndərənlərin axtarılması;

  5. Təkliflərin sorğusu;

  6. Malgöndərənlərin seçilməsi;

  7. Sifarişin verilməsi

  8. Malgöndərənlərin işinin qiymətləndirilməsi


  1. Yüklə 1,27 Mb.

    Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin