VI Mərhələ: Son qiymətin müəyyənləşdirilməsi. Firma əmtəənin son qiymətini onun tam psixoloji qavranılmasını nəzərə almaqla bu qiymətin firmanın yeritdiyi qiymət siyasətinə müvafiq gəlməsinə və destyubütorlar, dilerlər, firmanın satış heyəti, rəqiblər, malgöndərənlər.
Patentlə müdafiə olunmuş həqiqətən yeni əmtəəyə qiymət qoyulması ilə artıq mövcud olanları təqlid edən əmtəələrə qiymət qoyulmasını fərqləndirmək olar.
Yeni əmtəənin qiymət qoyulması strategiyası 2 hissədən ibarətdir:
I strategiya - “Qaymaq yığılması” strategiyası. Patentlə müdafiə olunmuş yeni əmtəə yaradan firmaların çoxu bazardan “qaymaq yığmaq” üçün ilk vaxtlar ona yüksək qiymət müəyyənləşdirirlər.
Bu strategiyadan istifadə olunmasının aşağıdakı hallarda mənası var:
Kifayət qədər çox alıcı tərəfindən yüksək təlabat səviyyəsi müşahidə olunur.
Kiçik partiyalarla istehsalın xərcləri şirkətin maliyyə xeyrlərinə ziyan vura biləcək dərəcədə yüksək deyil.
Yüksək başlanğıc qiyməti yeni rəqibləri cəlb etməyəcəkdir.
Yüksək qiymət əmtəənin yüksək keyfiyyəti olması surətini təsdiq edir.
Dostları ilə paylaş: |