Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə87/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   83   84   85   86   87   88   89   90   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

B müəssisəsi

A müəssisəsi

Şəкil 1. Rəqabətqabiliyyətliliyin çохbucаqlısı.


Səmərəli marketinq strategiyası işlənib hazırlandığı vaxt firma, şirkət həm öz rəqiblərini, həm də özünün möv­cud və potensial istehlakçılarını nəzərə almalıdır. O daim rəqiblərin təhlili ilə məşğul olmalı və marketinq rəqabəti stra­tegiyaları tərtib etməlidir. Belə marketinq strategiyaları ona rəqiblərə qarşı daha effektli mövqe tutmağı təmin edər və maksimal rəqabət üstünlüyü əldə etməyə imkan ve­rər.
Şirkətlərin və ölkələrin rəqabət qabiliyyətlikləri və onların qiymətləndirilməsi.

Marketinqin məqsədi, funksiyaları və prinsipləri müəssi­sələrin (firmaların, şirkətlərin konsernlərin və s) fəaliy­yətinin daha mötəbər əsaslarla qurulmasını, onların fəaliyyətinin genişləndirilməsini, rəqabət qabiliyyətlərinin artırılmasını, mənfəətlərinin çoxaldılmasını tələb edir. Bütün bunların reallaşdırılması isə qloballaşan dünya iq­ti­s­a­diyyatında biznesin də genişləndirilməsini – qlobal­laş­dı­rılmasını nəzərdə tutmalıdır.

Beynəlxalq ticarət-iqtisadi və maliyyə əlaqələri mar­ketinq elminin tədbiqi sahələrindən biridir.

Əvvəla satış, sonra isə istehsal fəaliyyətinin bey­nəl­miləşdirilməsi əsasən daxili - milli bazarda rəqabətlə əla­qədardır.

Beynəlxalq marketinqə şirkətlərin və ölkələrin rə­qa­bət­qabiliyyətlikləri və onların qiymətləndirilməsinə kom­mu­nikativ yanaşma gərəkdir (şəkil 2). Beynəlxalq mar­ke­tinqin şəraitində kommunikativ yanaşma şirkətlərin və öl­kələrin rəqabətqabiliyyətlikləri və onların qiy­mət­lən­di­rilməsi ilə əlaqədar bir çox problemlərini və metodlarını izah etməyə, sistemləşdirməyə, həll etməyə və proq­noz­laşdırmağa imkan verir.

Amerikanın iqtisadçı - alimi Stenli Pulivodaya görə beynəlxalq marketinq «son istehlakçı kimi alqı və satqı proseslərinə cəlb edilən firmalar arasında yaranan qar­şılıq­lı münasibətlər şəbəkəsidir». «Daxili marketinq özünə ölkəsi daxilində fəaliyyəti cəlb edir, beynəlxalq marketinq isə xaricdə fəaliyyət növlərini özündə birləşdirir» (Evans və Berman). «Beynəlxalq marketinq – ölkələrarası əmtəə və xidmətlər marketinqidir» (las, F. Katora)

«Beynəlxalq marketinq sadəcə olaraq milli sərhəd­lər­dən keçən marketinqdir» (Berkovisa).


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin