Rəqabətqabiliyyətliliyi - mövcud bazara təqdim edilən, uyğun ən yaxşı analoji obyektlərlə müqaisədə konkret təlabatın ödənilməsi dərəcəsini xarakterizə edən obyektin (əmtəənin) xassəsidir. Başqa sözlə desək, rəqabətqabiliyyətliliyi və ya rəqabətə dözümlülük – müəyyən bir dəqiq bazar şəraitində analoji obyektlərlə (əmtəələrlə) müqaisədə rəqabətə tab gətirmək bacarığıdır.
Məhsul və xidmətlərin rəqabətqabiliyyətlikləri ilə müəssisələrin və firmaların rəqabətqabiliyyətlikləri arasında birbaşa və dolayı əlaqə mövcuddur, baxmayaraq ki, sonuncular bir qədər spesifik və fərqli göstəriciləri də əhatə edir. Axı mənfəətliliyi, əmək məhsuldarlığını, əmtəə-pul vəsaitlərinin dövrüyyəsini, işgüzar fəallığı, likvidlik səviyyəsini və s. göstərən müəyyən iqtisadi və maliyyə göstəriciləri mövcuddur. İmici (lüğətə görə) əmtəənin, xidmətin, müəssisənin, bütövlükdə onların təsuratları altında insanların düşüncəsində və beynində əmələ gələn və formalaşan sürətdir. Belə gəlir ki, fırmanın imici əmtəənin imic əsasında əmələ gəlir, lakin bu həmişə belə deyil. Məsələn, əgər firma vicdanla sazişin bütün şərtlərini yerinə yetirirsə, əgər işgüzar münasibətlərdə o əla tərəf müqavildirsə partniordursa, onda onun imici də müvafiq səviyyədədir.
Qeyd edilənlərə bunu da əlavə etmək istərdik ki, bu iki anlayış bir-birilə bağlıdır. Bunu elə həmin imic misalında sübut edək. Əlbəttə, əvvəl imic əmtəə əsasında formalaşır, sonra isə - işgüzar dünyada firmanın öz vəziyyəti ilə, daha doğrusu bir anlayış o birindən doğur.
Keyfiyyət
Qiymət
Yeni məhsulun
konsepsiyası
Maliyyə vəziyyəti
Satışa hazırlıq
Xarici mühitlə
əlaqənin effektliliyi
Satış
(xarici siyasət)
Satışdan sonra xidmət
Dostları ilə paylaş: |