Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə82/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   78   79   80   81   82   83   84   85   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Gizli qiymət rəqabəti şəraitində firmalar bazara istehlak xassələri ilə əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış əmtəələr çıxarırlar, qiyməti isə qeyri mütənasib olaraq az qaldırırlar (təqribən 10-15%).

Qeyri-qiymət rəqabəti şəraitində firmalar ön plana rəqiblərinkilərdən nisbətən daha yüksək davamlılığı, aşağı «istehlak qiymətini», daha müasir tərtibatı və s. çəkirlər. Amerika alıcısı bu ölkənin özündə istehsal edilmiş, key­fiy­yəti şübhə doğuran müvafiq yerli maşını almaqdansa, özü­nü yaxşı təqdim etmiş xaricdən gətirilmiş minik ma­şı­nına əlavə 1-2 min dollar ödəməyə daha çox üstünlük ve­rir. Rəqabətin qeyri qiymət metoduna, həmçinin, alıcılara bö­yük xidmət kompleksinin təqdim edilməsi, o cömlədən iş­çi heyyətinin təlimləşdirilməsi də aiddir. Enerjinin az sərf edilməsi, metal tutumluluğunun azalması, təbiətin çirk­lən­məsinin qarşısının alınması və digər analoji tək­mil­ləş­dirilmiş istehlak xüsusiyyətləri son on illikdə əmtəənin xeyrinə qeyri qiymət arqumentləri siyahısında aparıcı yerə çəkilmişlər.

Qeyri qiymət rəqabətinin güclü aləti həmişə reklam olub, bu gün isə onun rolu daha çox artmışdır. Reklamın kö­məyi ilə firmalar öz əmtəələrinin istehlak xüsusiyyətləri haq­da alıcılara yalnız məlumat çatdırmırlar, eyni zamanda öz əmtəə, qiymət və satış siyasətinə inam formalaşdırır və bu­nunla da firmanın bu ölkənin, «ən yaxşı vətəndaşı» su­rə­tini yaratmağa can ataraq, bazarda sahibkar xarici tica­rətə daxil olur.

Qeyri - qiymət rəqabətinin qanunsuz üsullarına əsa­sən aşağıdakılar daxildir:

- sənaye cəsusluğu;

- istehsal sirlərinə malik olan mötəxəssislərin kənar şir­kətlər tərəfindən möxtəlf yollarla ələ alınması və öz is­teh­sal - satış fəaliyyətinə cəlb edilməsi;

- orijinal əmtəə nümunələrinin əldə edilməsi və xa­rici görkəminə görə əsl məmulatlardan seçilməyən, lakin key­fiy­yətcə nisbətən aşağı olan oxşadılmış, yəni kotrofakt məhsul kimi tanınan əmtəələrin buraxılması.

Rəqabətin qeyri - qiymət metodlarına, həmçinin, ma­hiy­yət etibarı ilə fırmanın idarə edilməsinin marketinq üsullarını da aid etmək olar.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin