3. Vəndaşın sualları:
Təklif olunan mallar təhlükəsiz və etibarlıdırmı? Bazarda keyfiyyət və qiymət rəqabəti varmı? İstehlakçılarla satıcıların rəfdarı ədalətlidirmı? Reklamda verilənlər doğrudurmu? Istehsal ətraf mühitə zərər vurmur ki?
Marketinq haqqında bəzi fikirlər. Cəmiyyətin bəzi istehlakçı qrupları marketinqi sevmir və onu ətraf mühiti dağıtmaqda, camaatı səfeh reklamlara bambardıman etməkdə, gərəksiz tələbatları yaratmaqda, gəncləri xəsislik hissi ilə yoluxdurmaqda və bir sıra başqa günahlarda təqsirləndirirlər.
Başqaları var qüvvələri ilə marketinqi müdafiə edirlər. Onlar hesab edirlər ki, Amerikadakı yüksək həyat səviyyəsinin səbəbi marketinqdir. Reklam daha yüksək həyat səviyyəsinə tələbat doğurur. Və insan qarşısında özünü, ailəsini daha yaxşı mənzil, geyim, qida ilə təmin etmək məqsədini qoyur.
Dostları ilə paylaş: |