Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Mövzu 1 : Marketinq fənninin predmeti məqsədi və vəzifələri



Yüklə 1,27 Mb.
səhifə2/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   2   3   4   5   6   7   8   9   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Mövzu 1 : Marketinq fənninin predmeti məqsədi və vəzifələri. Marketinqin sosial əsasları.

Plan:

  1. Marketinq haqqında anlayış.

2. Marketinq müasir sahibkarlığın fəlsəfəsi və metodologiyası kimi.

3. Bazara marketinq nöqteyi- nəzərindən yanaşma.

4. Marketinq konsepsiyasının təkamülü və marketinq konsepsiyasının müasir izzahı .

5. Kursun öyrəndiyi obyeky və tədqiqat metodları.
Marketinq“ termini ingilis sözü olan “market”– dən yaranmış və hərfi tərcüməsi “bazar”, “bazar fəaliyyəti “, “satış bazarı sferasında fəaliyyət” mənasını verir.

Müasir dövrdə marketinq anlayışına baxış eyni deyildir. Aşağıda ona verilən təriflərin bəzilərini göstərək :

Marketinq iqtisadi və ictimai fəaliyyətin ən zəruri, ən əsas növlərindən biridir.

Klassik baxımdan, o ilk növbədə məhsulların istehsalçıdan istehlakçıya çatdırılması ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətidi, bazarın tələbatının öyrənilməsinə və onun aktivi qeydiyyatına (uçotuna) yönəldilmiş müəssisədaxili idarəetmənin alt sistemidir, bazar iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssisələrində idarəetmə üsulu olmaqla, tələbat (bazar, satış) amillərinin öyrənilməsi və onların aktiv qeydiyyatının həyata keçirilməsidir, ehtiyacların və tələbatların tədavül vasitəsi

ilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür, bazarın idarə edilməsi konsepsiyasıdır. Başqa sözlə, bu istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyətini, çeşidini və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırırlması prosesidir.

Marketinq fonomen deyil, (fonomen nədir –görünməmiş hadisə, müstəsna hal) o istehsal təsərrüfat vasitəsidir. Marketinqin fəlsəfəsi çox sadədir, “elə məhsul istehsal etməliyik ki, onun satışı təmin olunmuş olsun”. Yalniz belə olduqda, yəni həmin “prinsip “ gözlənildikdə müəsisə bazarında özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.

Bazar iqtisadiyyatı sistemində müəssisənin gəliri təkcə onun istehsalında mövcud olan xərclərin azalmasından asılı deyil. Gəlir həm də xeyli dərəcədə bazarın və rəqiblərin tədqiqinə nə səviyyədə diqqət yetirilməsindən, onun bazarda müvəffəqiyyətlə irəlilədilməsi işinin təşkilindən və s. asılıdır.

Bizim bazar fəaliyyəti haqqında olan biliklərimizin əsasında müasir marketinqin əsas müddəaları dayana bilər. O, müəssisənin bazardakı fəaliyyətinin bütöv bir sistemi olduğu üçün, sahibkarlıq fəaliyyətinin və metodologiyasının inkişafına da çox təsir edir.

Sxem 1


Biznesin fəlsəfəsi

Bazar fəaliyyə-tinin metodologiyası




Fəaliyyət tərzi

MARKETİNQ

Təfəkkür tərzi





Marketinq

konsepsiyası



Prinsiplər,funksi-yalar,vasitələr,təşkil-atlar

Sxemdən göründüyü kimi, marketinq ilk əvvəl, müəssisənin idarəetmə sistemində yeni təfəkkür tərzi yaradır. O yeni təfəkkür sistemi formalaşdırır. Başqa sözlə, marketinqdə - qarşıya qoyulmuş məqsədə çatmaq üçün əqli (zehni) göstərişlər kompleksi formalaşdırılır. İkincisi isə marketinq - müəssisənin bazardakı yeni fəaliyyət tərzini yaradır, yəni müəssisənin bazar fəaliyyətinin bütöv bir metodologiyasını formalaşdırır. Həmin metodologiya isə onun prinsiplərini, metodlarını, vəsaitlərini, funksiyalarini və təşkili formalarını açıb göstərir .

Bir çox ədəbiyyatda “Marketinq” termini bazar iqtisadi sistemi şəraitində istehsalın bilavasitə konkret alıcıların tələbatlarının təmin edilməsinə yönəldilən idarəetmə və təsərrüfatçılıq fəlsəfəsi kimi izah edilir. Marketinq öz tərifinin geniş mənasında isə sosial idarəetmə prosesi kimi dərk edilir, onun köməyi ilə ayrı-ayrı insanlar məhsul yaradılmasında və onların tədavülündə istədiklərinə nail olurlar .

Marketinq konsepsiyası dedikdə - müəssisənin bazara istiqamətləndirilmiş aktiv (fəal) fəaliyyətinin inkişafında olan bütün mərhələləri xarakterizə edən ilkin vəziyyəti başa düşülür . Marketinq konsepsiyasının istehsal, əmtəə, satış, istehlak eləcə də birləşmiş (inteqrasiya edilmiş), sosial-ictimai və strateji yönümlü formaları mövcuddur. Marketinq konsepsiyasının əsaında isə: tələbat, arzu (istək ),tələb tədavül, sövdələşmə və bazar anlayışları durur.




Tələbat



Bazar
Sxem 2.


Ehtiyac(a rzu istək),




Marketinq konsepsiyası



Sövdələşmə

Tələb







Tədavül

Məhsul

Sxemdən göründüyü kimi, adları yuxarıda qeyd edilən həmin anlayışlar bir-biri ilə sıx qarşılıqlı və dialektik əlaqədədir.



İndi həmin anlayışların hər birinə ayrılıqda nəzər salaq :

1. Tələbat – Hər şey tələbatdan bşlayır. Tələbat anlayışının əsasında Z.Fredin, A.Maslounun və başqalarının “motivləşdirmə” nəzəriyyəsi və istehlakçıların bazardakı davranışları dayanır. Ona görə də çox vaxt deyirlər: Marketinqin əsas vəzifəsi tələbatı tapmaq və onu təmin etməkdir. Deməli, marketinq konsepsiyasının müəyyən edilməsinin və istifadəsinin əsasını insanın ehtiyacının ödənilməsi təşkil edir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin