2. Regional bazar – Bu mövcud olduğu həmin ölkənin müəyyən ərazisini əhatə edən bazardır .
3. Yerli bazar – Bu ölkənin bir, yaxud bir neçə rayonunu özündə birləşdirən bazardır.
Marketinq nəzəriyyəsində seçilmiş bazarların tədqiqində ən əsas vəzifələrdən biri bazarın tutumunun müəyyən edilməsidir .
Bazarın tutumu (həcmi) - əhalinin tələbatının və əmtəə təklifinin miqdarı (dəyər ifadəsində yaxud fiziki vahidlərlə) ilə xarakterizə edilən, mövcud qiymətlər səviyyəsində əmtəələrin reallaşdirıla bilən (adətən bir il ərzində) həcmidir, miqdarıdır.
Bazarın tutumunun müəyyən edilməsi ilə yanaşı həmin növ məhsula olan təkliflə tələbin nisbəti də müəyyən edilməlidir. Bu baxımdan satıcı bazarına da diqqət yetirilməlidir. İndi satıcı və alıcı bazarlarının izahına nəzər salaq.
Satıcı bazarı – satıcının (istehsalçının) öz şərtlərini diktə etdiyi bazara deyilir. Belə bazarlarda onun tədqiqinə heç bi ehtiyac qalmır. Çünki, onun məhsuluna tələb yüksək olur və odur ki, əlavə vəsait xərcləmək lüzumsuz hesab edilir.
Dostları ilə paylaş: |