4. MƏHSUL - Bu anlayış ictimai və şəxsi tələbata yönəldilmiş əmək fəaliyyətinin son nəticəsidir.
5. TƏDAVÜL – Bu əmtəə dəyəri formasının dəyişməsi prosesi olub, istehsalın bölgü və istehlakla əlaqələndirilməsidir.
6. SÖVDƏLƏŞMƏ - Bu bilavasitə satıcı ilə alıcının şəxsində, iki tərəf arasındakı kommersiya mübadiləsidir. Sövdələşmə prosesinin normal həyata keçirilməsi yalnız aşağıdakı şərtlər daxilində baş verə bilər:
1. Müəyyən dəyərə malik olan ən azı iki obyektin mövcudluğu.
2. Onun icrasının razılaşdırılmış şərtlərinin olması.
3. İcra edilmə müddətinin dəqiq müəyyən edilməsi.
4. Razılaşdırılmış yerin müəyyən olunması.
7. BAZAR - Bu anlayışın geniş şəkildə izahı müasir dövrdə müstəqil dövlətimizin qarşısında duran ən başlıca problem ölkənin iqtisadi-sosial inkişafını təmin etməyə imkan verən iqtisadi sistemi formalaşdırmaqdır.
Bir çox iqtisadi ədəbiyyatlarda bazara adətən cəmiyyətin obyektiv inkişaf qanunlarına uyğun olaraq həyata keçirilən potensial tədavül sferası kimi baxılır. Bazarın yaradılmasına və inkişafına ictimai əmək bölgüsü və tədavül prosesinin həyata keçirilməsində istehsalçılara (satıcılara) və istehlakçılara (alıcılara) tam azadlıq və sərbəstlik şəraitində fəaliyyət göstərməli imkanların verilməsi ilə şərtlənir. Onu da qeyd edək ki, bazara belə mücərrəd qaydada tərif verilməsi marketinq nəzəriyyəsində təcrübəvi olaraq heç də həmişə tətbiq edilmir. Mütəxəsislərin fikrincə, bazar konkret olmaqla yanaşı, onun bütün parametrləri (yerləşdiyi məkan, ölçüləri, tutumu) tam müəyyənliklə açıqlanmalıdır. Deyilənləri nəzərə almaqla bazar daha çox coğrafi -ərazi vəziyyətləri yaxud tələbatları ilə müəyyən tələb yaradan mövcud alıcıların məcmusu kimi müəyyən edilir. Tələbatın müəyyən növ məhsullara yaratdığı tələbdən asılı olaraq bazarlar 5 əsas növə ayrılır: istehlak bazarı, istehsal bazarı, vasitəçilik bazarı, dövlət idarələri bazarı və beynəlxalq bazar. İndi bunların hər birinin məcmusuna bir qədər aydınlıq gətirək :
Dostları ilə paylaş: |