Mövzu 2: Marketinqin idarə olunması prosesi. Marketinqin idarəetmə sistemində yeri və rolu.
Plan:
Bazar imkanlarının təhlili.
Məqsədli bazarların seçilməsi.
Marketinq kompleksinin işlənib hazırlanması.
Marketinq tədbirlərinin həyata keçirilməsi.
5. Bazar iqtisadiyyatı şəraitində marketoloqun vəzifələri.
Marketinqin idarə olunması-təşkilatın müəyyən məqsədlərinə, məsələn, mənfəət götürülməsinə, satış həcminin genişləndirilməsinə, bazarın xüsusi çəkisinin artırılmasına və s. nail olmaq üçün məqsədli alıcılarla əlverişli mübadilələrin yaradılmasına, möhkəmləndirilməsinə və mühafizəsinə yönəldilmiş tədbirlərin təhlili, planlaşdırılması və yerinə yetirilməsi üzərində nəzarət deməkdir.
Marketinqi idarə edənin vəzifəsi tələbatın səviyyəsinə (haqqında) vaxtına və xarakterinə elə təsir göstərməlidir ki, bu təşkilatın qarşısında duran məqsədlərə çatmağa kömək göstərsin. Sadecə dedikdə, marketinqin idarə olunması-tələbatın idarə olunmasıdır.
Özünün ən məşhur simasında marketinq üzrə müdir müəyyən anda firmanın istehsal etdiyi bütün məhsul həcminin satılması üçün lazımi sayda müştəri axtaran mütəxəssis kimi təsəvvür olunur. Lakin bu onun vəzifələri haqqında çox dar təsəvvürdür. Marketinq üzrə mütəxəssis təkcə tələbatın yaradılması və genişləndirilməsi ilə deyil, həmçinin onun dəyişdirilməsi və bəzən də ixtisarı problemləri ilə məşğul olur.
“Milli bruinq kompani” firmasını satın olaraq, “Filip Maris” konserni onu istehsala səmtləşmiş ağır tərpənən təşkilatdan, marketinqə yönəlmiş ağurlu şirkətə çevirmişdir.
Dostları ilə paylaş: |