Firmanın vəsait mənbələri hər bir firma öz maliyyə vəsaitlərini nəzərə almalıdır.
II. Məqsədli bazarların seçilməsi. Hər bir imkanı, bazarın həcmi və xarakteri nöqteyi-nəzərdən öyrənmək lazımdır. Bu proses dörd mərhələdən ibarətdir:
1. Bazarın seqmentləşdirilməsi: Ehtiyaclarındakı, xarakterlərindəki və ya davranışlarındakı fərqlər əsasında istehlakçıların qruplara bölgüsü prosesi bazarın seqmentləşdirilməsi adlanır.
Bazar seqmenti - marketinqin eyni bir sövqedici stimullar dəstinə oxşar reaksiya verən istehlakçılardan ibarətdir.