3. Yayılma metodları - əmtəənin məqsədli alıcılar üçün əlverişli olmasına yönəldilmiş müxtəlif fəaliyyət növləridir.
4. Stimulaşdırma metodları – firmanın öz malının üstünlükləri haqqdında məlumat yaymaq və məqsədli alıcıların onu satın almağa inandırılmasına yönəldilmiş fəaliyyətdir.
Marketinq kompleksinin təşkil edən hissələr haqqında bütün qərarlar əksər hallarda konkret malın mövqeyinin necə müəyyən edilməsindən asılıdır.
IV. Marketinq tədbirlərinin həyata keçirilməsi.Istənilən firma hara getmək istədiyini və məqsədə hansı vasitələrlə çatmağı aydın dərk etmək üçün irəli baxmalıdır. Öz gələcəyinə biganə yanaşmaq olmaz. Bunun baş verməməsi üçün firma eyni zamanda iki sistemdən: strateji planlaşdırmasistemindən və marketinq planlaşdırma sistemindən istifadə edir.