Cari xarici marketinq informasiyasının toplanması sistemi: Cari xarici marketinq informasiyasının toplanması sistemi-mənbələr və metodoji üsullar dəstidir ki, bunların vasitəsi ilə rəhbərlər kommersiys mühitində baş verən hadisələr haqqında gündəlik informasıya alırlar.
Rəhbərlər cari xarici marketinq informasiyasının - kitabları, qəzetləri, ixtisaslaşdırılmış nəşrləri oxumaqla, müştərilər, mal göndərənlər, distrib-yutorlar və firmanın ştatına daxil olmayan digər şəxslərlə söhbət etməklə, həmçinin, firmanın özünün başqa müdirləri və əməkdaşları ilə məlumat mübadiləsi vasitəsi ilə toplayırlar. Yaxşı təşkil olunmuş firmalar toplanılan cari xarici marketinq informasiyasının keyfiyyətini yüksəltmək və kəmiyyətini artırmaq üçün əlavə tədbirlər görürlər:
Müdirlər öz satıcılarını informasıya toplamağa öyrədirlər və həvəsləndirirlər.
Parakəndə satıcıları, distribyutorləridə informasıya toplamağa öyrədirlər.
Rəqiblər haqqında informasiya toplamaq üçün:
onların mallarını almaq;
“açıq qapı” günlərinə və sərgilərə getmək
onların nəşr etdiyi hesabatı oxumaq;
reklamları toplamaq;
rəqib təşkilatların sabiq və indiki qulluqçuları ilə söhbət etmək.
Cari marketinq informasiyasının toplanması və yayılması üzrə xüsusi şöbələrə müracyyət (informasiya bülleteni).
Dostları ilə paylaş: |