Marketinq tədqiqatlarının planlaşdırılmasında və alınmış informasiyanın izahı zamanı müdirlərin iştirakının əsaslandırılması üçün onların bu tədqiqatları aparılması texnologiyasına yaxşı bələd olmaları vacibdir. Marketinq tədqiqatları sxemi 5 əsas mərhələdən ibarətdir:
“Allegeni eyrlayns” şirkətinin misalında.
Birinci mərhələdə marketinq üzrə müdir və tədqiqatçı problemi aydınlaşdırmalı və tədqiqatın məqsədlərini aydınlaşdırmalıdırlar. əgər tədqiqatın məlumatlarından fayda gözlənilirsə, onlar firma qarşısında duran və həllini gözləyən problemlərlə bilavasitə əlaqədar olmalıdır. Informasiya toplanması çox baha başa gəlir və problemin yayğın yaxud səhf müəyyənləşdirilməsi səmərəsiz xərclərə səbəb olur. Qədim məsəldə deyilir: “Yaxşı aydınlaşdırılmış problem-artıq onun həllinin yarısıdır”. Problemin aşkarlanmasından sonra müdir tədqiqatın məqsədlərini ifadə etməlidir.
Problemin aşkar edilməsi və tədqiqatın məqsədlərinin ifadə olunması
Informasiya mənbələrin seçilməsi
Informasiya toplanılması
Toplanmış informasiyanın təhlili
Alınmış nəticələrin təqdim olunması
Məqsədlər: axtarış xarakterli ola bilər, yəni ilkin göstəricilərin yığılması.
təsviredici xarakterli, yəni müxtəlif hadisələrin təsviri (bu firma haqqında eşidənlərin sayı);
sınaq, yəni səbəb-nəticə əlaqələri haqqında mülahizələri yoxlamaq (bilet qiyməti 10% aşağı satişı).