Beşinci mərhələdə firma rəhbərliyinə başlıca, ən mühim marketinq qərarlarını qəbul etmək üçün lazım olan əsas nəticələri təqdim etmək lazımdır. əgər tədqiqat qarşıya çıxan problemin, qeyri-müəyyənliyin azalmasına köməklik göstəribsə, deməli o, faydalı hesab olunur.
(“Alegeni” adını dəyişib “Yus eyr” olub)
Marketinq tədqiqatlarına müraciət edən müdirlər lazım olan informasiyanı əlverişli qiymətlə ala bilmək üçün onların xüsusiyyətləri ilə yaxından tanış olmalıdır. əks halda onlar ya lazımsız informasiya yığacaq, ya lazımlı informasiyanı həddən artıq yüksək qiymətlərlə alacaq, ya da alınmış nəticələrdən düzgün məna çıxarmayacaq.
Müdirlər yüksək ixtisaslı tədqiqadçıları cəlb edə bilərlər, çünki düzgün qərarları qəbul etməyə imkan verən informasiyanın olması onların özlərinin xeyrinədir.
Dostları ilə paylaş: |