Köməkçi materiallar – iki çür olur: işçi materiallar (sürtkü yağı, daş kömürü və s.), texniki xidmət və təmir üçün materiallar (mismar, şotkalar və s.).
İşgüzar xidmətlər – texniki xidmət, təmir və məsləhət xarakterli xidmətlərə (pəncərə yuyulması, hüquqi məsləhət və s.) bölünür.
II. Markalardan istifadə olunması haqqda qərarlar.
Konkret əmtəələrin marketinq strategiyasını işləyib hazırlayarkən, satıcı onları markalı kimi təqdim edib-etməyəcəyi qərarına gəlməlidir. əmtəə haqqında markalı kimi təsəvvür yaradılması onun dəyərliliyini yüksəldə bilər və buna görə bu qərar əmtəə siyasətinin mühim cəhətidir.
Marka – hər hansı bir satıcının və ya satıcılar qrupunun əmtəələrini yaxud xidmətlərini eyniləşdirmək, bunları rəqiblərin əmtəələri və xidmətlərindən fərqləndirmək təyinatı olan ad, termin, nişan, rəmz, rəsm və ya onların birləşməsi.
Dostları ilə paylaş: |