Qablaşdırma - əmtəə üçün qabın və ya örtüyün işlənib hazırlanması və istehsalıdır.
Qab yaxud örtük – özündə 3 qatı birləşdirən müxtəlif qablaşdırma variantıdır:
Daxili qab - əmtəənin bilavasitə yerləşdirildiyi həcmdir.
Xarici qab dedikdə, daxili qabın mühavizəsinə xidmət edən və əmtəədən bilavasitə istifadə etdikdə, tullanılan material nəzərdə tutulur.
Nişanlama – qabın üzərinə yazılan və ya içinə qoyulan əmtəə haqqında çap olunmuş informasiya-qablaşdırmanın ayrılmaz hissəsidir.
Bazar xadimlərinin bir çox qablaşdırmanı əmtəə, qiymət, yayılma və stimullaşdırma üsullarından əlavə, marketinq beşinci dəyişkəni adlandırırlar.
Yaxşı layihələşdirilmiş qab istehlakçı üçün əlavə rahatlıq, istehsalçı üçün isə əmtəə satışının stimullaşdırılmasının əlavə vasitəsinə çevirə bilər. Qablaşdırmadan marketinq aləti kimi istifadə olunmasının genişlənməsinə ən müxtəlif amillər təsir göstərir:
Ticarətdə özünə xidmət.
İstehlakçıların rifahının artması.
Firmanın sürəti və markanın sürəti.
Yenilikçilik üçün markalar.
Yeni əmtəə üçün səmərəli qabın işlənib hazırlanması vacibdir, bunun üçün çoxlu qərarlar qəbul etmək lazımdır.
Qabın konsepsiyasını işlə yib hazırlamaq.