Bb-nin dünya təsərrüfatında tutduğu mövqelər bb-nin dünya ticarətində iştirakı bb-nin


Avro zona ölkələrinin birtərəfli qərarlarından imtina; 2



Yüklə 24,15 Kb.
səhifə3/3
tarix03.12.2022
ölçüsü24,15 Kb.
#72029
1   2   3
Böyük Britaniyanın dünya iqtisadiyyatında yeri və mövqeyi

1. Avro zona ölkələrinin birtərəfli qərarlarından imtina;
2. Aİ ölkələri arasında rəqabətin gücləndirilməsi;
3. Aİ üzvlərinin gələcək siyasi və iqtisadi inteqrasiyada iştirak etməmək hüquqlarının qəbul edilməsi;
4. İşçi miqrantların Britaniya sosial sığorta sisteminə çıxışının məhdudlaşdırılması.
Bu siyasət səmərəli oldu və onun yekunu olaraq, D.Kemeron və D.Tuskun mövqeləri arasında kompromisin nəticəsi kimi Böyük Britaniyanın Avropa İttifaqındakı Yeni Statusu haqqında 19 fevral 2016-cı il tarixdə müqavilə imzalandı. Mahiyyət etibarı ilə, Avropa Ittifaqında iqtisadi idarəetmənin yeni prinsipi qərarlaşdı. Əsas güzəştlər təkcə Böyük Britaniya bank sisteminin deyil, həmçinin, avro zonasına daxil olmayan bütün ölkələrin milli banklarının və Avropa Bank İttifaqının AMB-dan müstəqilliyinin, eləcə də, iqtisadi böhrandan əziyyət çəkən avro zona ölkələrinə maliyyə yardımı göstərməmək hüququnun tanınmasından ibarət idi. Bu zaman, qəbul olunurdu ki, gələcək inkişaf üçün Avro zona ölkələrinin siyasi inteqrasiyasının davam etdirilməsi zəruridir. Ondan əlavə, Böyük Britaniyanın miqrantların bölüşdürülməsinin Avropa sistemində iştirak etməməsi imkanı saxlanılırdı. Lakin, vahid kənd təsərrüfatı siyasəti və balıqçılıq problemləri kimi məsələlərdə həll yolu tapılmamışdıR. Bütövlükdə, Böyük Britaniyanın tələblərinin əsas hissəsi qəbul edilmişdi, və bunun sayəsində onun siyasi və iqtisadi muxtariyyətinin genişlənməsi baş verdi. Bunun müvəffəqiyyət olduğunu D.Kemeronun kabineti də təsdiq edirdi, lakin, həmin razılaşma əldə olunduqdan sonra da referendum ləğv olunmadı. Növbəti iqtisadi böhran şəraitində hazırlıq prosesi siyasi tribuna rolunu oynadı. D.Kemeronun mövqeyi “remain” tərəfə -Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünün saxlanılmasına dəyişildi.
Qeyd etməliyik ki, yeni Müqavilənin sərfəli şərtlərinə baxmayaraq, onlar konservatorların əksəriyyətini - Aİ-dan çıxmaq tərəfdarlarını və xüsusilə avroskeptikləri razı salmadı. Gözlənilənlərin əksinə olaraq, ölkənin Avropa İttifaqından çıxması üzrə ictimai kompaniya özlərinin faktiki liderlərini dəyişərək sürət yığmaqda davam edirdi. Bu zaman, London Sitinin əsas hissəsi ölkənin Aİ-dan çıxmağının əleyhinə idi, lakin, hedc-fondların əksər sahibləri qısa müddətli və orta müddətli perspektivdə bazarların daha döyük dəyişkənliyi sayəsində gəlirlərinin artacağına ümid edərək Aİ-dan çıxmaq kompaniyasına sərmayə qoyurdular. Ekspertlərin fikrincə, “çıxmağın” təşkilatçıları ölkənin Aİ-da qalması tərəfdarlarına nisbətən seçki məntəqələrinə daha çox həmfikirlərini səfərbər edib gətirə bilmişdilər. Siyasi amildən əlavə, həmçinin demoqrafik amil də qeyd olunur; iri şəhərlərin gənc sakinlərinin iştirakı aşağı səviyyədə və etnik idi; referendumun aqibəti şotlandların, irlandların və britaniya aqlomerasiyalarının çoxmillətli əhalisinin ziyanına ingilislər tərəfindən həll edilmişdi.
Breksit Birləşmiş Krallığın Avropa inteqrasiyasında iştirakının qanunauyğun və ya qaçılmaz nəticəsi deyildi, çox güman ki, o, obyektiv və subyektiv amillərin qarşılıqlı təsirinin nəticəsində baş verdi. Onlara, Böyük Britaniya da daxil olmaqla, bütün ölkələrdə vəziyyətin pisləşməsi aiddir və bunun nəticəsində iqtisadi böhran dövründə Avropa İttifaqında ziddiyyətlərin kəskinləşməsidir, bu da öz növbəsində Avropadakı güclü miqrasiya böhranı ilə üst-üstə düşdü. Belə şəraitdə, London inteqrasiyadan faydanı maksimallaşdırmaq üçün milli maraqların qorunması siyasətini yürütməkdə davam edirdi. Konservatorlar hökuməti Brüsselə Avropa İttifaqında üzvlüklə bağlı referenduma hazırlıq kimi belə təzyiq üsulundan ikinci dəfə istifadə etdi. Avropa İttifaqının rəhbərliyi real güzəştlərə getdi, lakin, vəziyyət Britaniya kabinetinin nəzarətindən çıxdı. Belə ki, sosial narazılığın və gərginliyin güclənməsi siyasi mübarizənin kəskinləşməsinə və Aİ-dan çıxmağa tərəfdar olan müxalifət qüvvələrin populyarlığının artmasına gətirib çıxardı.
Böyük Britaniyanın Avropa inteqrasiyasında iştirakı probleminin təhlili onu göstərdi ki, bu siyasətin nəzəri əsaslandırılması rolunda neokonservatizm konsepsiyası çıxış etdi. Spesifika ondan ibarət idi ki, başlanğıc mərhələdə Birləşmiş Krallıq Avropa inteqrasiyasında iştirak etmədi, lakin, 1960-cı illərdə hökumət başa düşdü ki, getdikcə uzaqlaşmaq siyasəti iqtisadi cəhətdən sərfəli və siyasi cəhətdən məqsədəuyğun deyildir. Böyük Britaniyanın Avropa İttifaqına daxil olmaqda məqsədi təsərrüfat inteqrasiyasından maksimum fayda götürmək və qitədə öz təsirini bərpa etmək idi. “Geri çəkilmə” problemi və “narahat tərəfdaş” reputasiyasının formalaşması Böyük Britaniyanın Birlikdə qalması şərtlərinin periodik olaraq nəzərdən keçirilməsi, milli maraqların fəal şəkildə müdafiə edilməsi və xarici siyasət prioritetlərinin qorunub saxlanması ilə əlaqədardır. O da şübhə doğurmur ki, Avropa quruculuğunun britaniya modelinin əsasında iqtisadi prioritet dururdu. İnteqrasiyanın nəticəsi, sonda “vahid mexanizm” yarada bilməyən tərəfdaş ölkələrin təsərrüfat komplekslərinin bir tərəfdən güclənmələri, digər tərəfdən toqquşmaları oldu.
Bütövlükdə isə ana xətt - Brüsseldən siyasi və təsərrüfat müstəqillik saxlanılmaqla açıq sərhədlərin üstünlüyündən istifadə olunması - Birləşmiş Krallığın Avropa birliyində üzvlüyünün bütün 45 illik dövrü ərzində dəyişməz qalmışdı. Bununla yanaşı, əsaslı dərəcədə, məhz Avropa inteqrasiyasında iştirak Böyük Britaniyaya iqtisadi cəhətdən möhkəmlənərək və siyasi cəhətdən güclənərək, imperiyadan sonrakı modernləşmə dövrünü müvəffəqiyyətlə keçməyə imkan verdi.
Yüklə 24,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin