B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Layların geoloji müxtəlifliyinin müqayisəli təhlili



Yüklə 10,22 Mb.
səhifə22/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   18   19   20   21   22   23   24   25   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Layların geoloji müxtəlifliyinin müqayisəli təhlili.
Neft və qaz yataqlarının kəsilişi və sahəsi üzrə lay parametrlərinin paylanılmasının sadə formasına rast gəlinmir: onların ölçü qiymətləri laydan laya, sahədən sahəyə doğru müəyyən dəyişmələrin olduğunu göstərir. Onların hər birində təzahür edən müxtəliflik göstəricilərinin təhlili fərdi yataqlarda istifadə edilməlidir. Lakin burada növbəti, çox vacib bir geoloji-mədən tədqiqatının da aparılma tələbatı qarşıya çıxır. Bu da parametrlərin müxtəliflik dərəcələrinin laylar arasında və ya yatağın tektonik sahələri üzrə müqayisə edilməsi ilə əlaqədardır.
Belə qoyuluşlu məsələnin həlli yataqlarda işlənilmə prosesinin effektli aparılması üçün səmərəli yolların seçilməsinə və əsaslandırılmasına imkan verir. Geoloji müxtəliflik dərəcəsinin müqayisəli analizi məsələnin qoyuluşundan asılı olaraq iki səviyyədə aparılır: sadə və mürəkkəb.
Sadə səviyyə. Bu halda lay parametrlərinin cüt (qoşa) müqayisəsi həyata keçirilir. Layın bölünməsinin, süxur məsaməliyinin və s. təyin olunmuş qiymətlərinin kəsilişin iki layında (A və B) paylanılmasının müqayisə edilmə prosesi aşağıda verilir.
Tutaq ki, hər iki layı açmış quyularda lay parametrlərindən bölünmə əmsalı və məsaməliyin ölçüləri əldə edilmişdir. Bu parametrlərin laylardakı qiymətlərini müqayisə etmək üçün əməliyyat bu ardıcıllıqla həyata keçirilir.
1. Xəritələrdə quyuların yeri göstərməklə parametrlərin qiymətləri qeyd edilir (şək.II.23)
2. Parametrlərin paylanılmasını səciyyələndirən cədvəllər tərtib edilir (cədv. II.3., II.4.).
3. Baxılan parametrlərin A və B laylarında fərqlənmə dərəcələrini müəyyən etmək üçün parametrik meyarlardan istifadə edilir (cədv. II.5).

Şəkil II.23. Süxur məsaməliyinin və layın bölünməsinin
A və B yatağında paylanılması.
(surətdə - quyu nömrəsi, məxrəcdə parametrin qiyməti)
Süxur məsaməliyin A və B laylarında qiymət variantları
Cədvəl II.3.
A B

Quyuların nömrəsi







2




Quyuların nömrəsi







2

1

22

-0,1

0,01

1

19

-2

4

2

24

1,9

3,61

2

25

4

16

3

21

-1,1

1,21

3

26

5

25

4

22

-0,1

0,01

4

27

6

36

5

22

-0,1

0,01

5

15

-6

36

6

21

-1,1

1,21

6

18

-3

9

7

22

-0,1

0,01

7

11

-10

100

8

23

0,9

0,81

8

27

6

36




=22,1










 =21,0







Layın bölünməsinin A və B laylarında qiymət variantları
Cədvəl II.4.
A B

Quyuların nömrəsi







2




Quyuların nömrəsi







2

1

4

-1,2

1,44

1

5

0,4

0,16

2

6

0,8

0,64

2

5

0,4

0,16

3

5

-0,2

0,04

3

4

-0,6

0,36

4

5

-0,2

0,04

4

4

-0,6

0,36

5

6

0,8

0,64

5

4

-0,6

0,36

6

5

-0,2

0,04

6

5

0,4

0,16

7

6

0,8

0,64

7

5

0,4

0,16

8

5

-0,2

0,04

8

5

0,4

0,16




 =5,2










=4,6







A və B laylarının məsaməlik və bölünməsi üzrə statistik müqayisə


Cədvəl II.5.



Parametrlər

Laylar

Statistik göstəricilər

Parametrik meyarlar, =0,05



2



V,%

thes.

tcədv.

Fhes.

Fcədv.

Süxürların məsaməliyi, %

A

22,1

0,98

0,99

4,48

0,47

2,36

38,2

3,44

B

21,0

37.42

6,12

29,14

Layların bölünməsi

A

5,2

0,5

0,71

13,65

1,82

2,36

1,85

3,44

B

4,6

0,27

0,52

11,30

Alınan nəticələrin öyrənilməsi göstərir ki, A və B layların bölünməsi və süxurların məsaməliyi arasında fərqlənmə dərəcəsi müxtəlif cür təzahür edir. A və B layları süxür məsaməliyinin orta qiymətlərinə görə az fərqlənirsə (thes=0,47, tcədv=2,36), qeyri-bircinslilik dərəcəsinə görə isə fərqlənmə kəskin səviyyədə özünü göstərir (Fhes=38,2, Fcədv=3,44). Layların bölünməsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, hər iki statistik meyyara görə müqayisə olunan laylar biri birindən cuzi fərqlənirlər. Belə ki, thes<tcədFhes< Fcədv olmuşdur (meyyarların cədvəl qiyməti 95% etibarlılıqla əks edilmişdir).
Alınan nəticələr bu layların işlənilmə layihələrin tərtibində istifadə edilə bilər.
Mürəkkəb səviyyə.
Təcrübədə bəzən 2-dən artıq geoloji cisimlərdə hər hansı bir parametrin müxtəliflik dərəcəsinin öyrənilməsi lazım gəlir. Bu tələbatın ənənəvi üsullarla həlli çox vaxt birmənalı nəticələr vermir. Odur ki, burada riyazi statistikanın müvafiq üsullarının tədbiqinə müraciyət olunur.
Qeyd olunanları aşağıdakı misalda izah edək.
Tutaq ki, hər hansı bir yataq sahəsi tektonik qırılmalarla 6 hissəyə bölünmüş və sərbəst istismar obyektləri kimi işlənilir. Bütün hissələrdə quyuların ümumi hasilatında müəyyən qədər su da iştirak edir. Buradakı hidrokimyəvi tədqiqatlar bu yatağın sularının ümumi minerallaşmasının müxtəlif dəyişmələrini göstərir. Bölünmüş bloklarda onların oxşarlığının olub olmamasının təyini tələb edilir. Belə ki, qoyulan məsələnin həlli yatağa daxil olan suyun mənşəyi, aktivlik dərəcəsi və s. haqqında məlumatlar əldə etməyə imkan verir.
Bu məsələni həll etmək üçün lay sularının ion-duzluluq göstəricilərinin qiymətləri tektonik bloklar üzrə təyin edilmişdir. Misal üçün burada istismar edilən quyulardan su analizlərdən ümumi minerallaşma (∑a+k) qiymətləri təsvir edilmişdir (cədv. II.6, şək. II.24.) .

Tektonik qırılmalarla mürəkkəbləşmiş yataqda suların ümumi minerallaşmasının statistik qiymətləndirilməsi


Cədvəl II.6.



Tektonik sahələr

Analizlərin sayı

a+k -nın orta qiyməti, mq/ekv,

Dispersiya,
σ2

Orta kvadratik meyl, σ

Variasiya əmsalı,
%

Meyarlar, =0,05

Fişer

Bartlet

Fhes.

Fcədv.

Bhes.

2cədv.

I
II
III
IV
V
VI

21
23
8
22
19
8

70,9
70,2
65,6
61,3
52,3
54,3

178,6
80,0
48,3
114,5
15,9
3,9

13,4
13,4
6,95
10,7
3,98
1,97

0,19
0,19
0,11
0,17
0,08
0,04

7,94


2,30


44,93


11,1



Şəkil II.24. Tektonik qırılmalarla mürəkkəbləşmiş yataqda suların ümumi minerallaşmasının paylanma sxemi.
Bu cədvəlin qiymətlərindən istifadə edərək lay sularının müxtəliflik dərəcəsini Fişer və Bartlet meyarlarının köməyi ilə aşkar edilmişdir.
Hesablama nəticələri belə olmuşdur: Fişer meyarının 95% etibarlılıqla böhran qiyməti 2,30 olduğu halda, hesablanmış qiyməti 7,94 təşkil edir. Bartlet meyarının 95% etibarlılıq səviyyəsində böhran qiyməti 11,1 olduqda isə, hesablanmış qiyməti 44,9 olmuşdur.
Beləliklə, lay sularında (ümumi minerallaşmaya görə) ayrılmış tektonik bloklarda heç bir oxşarlıqdan söz gedə bilməz. Belə ki, baxılan geoloji-statistik şərait üçün hər iki meyarların hesablanmış qiymətləri 95% etibarlılıqla onların böhran qiymətlərindən xeyli çoxdur. Bu da o deməkdir ki, yatağı parçalamış tektonik qırılmalar ekran xarakterli olmuş, yatağın bir hissəsindən digərinə maye axımının qarşısını almışdır. Layda tətbiq olunan işlənilmə prosesi (xüsusilə müxtəlif intensivliklə tətbiq olunan suvurma) buradakı ilkin hidrokimyəvi şəraiti daha da mürəkkəbləşdirmişdir.
Beləliklə, lay parametrlərinin oxşarlıq dərəcələrinin müxtəlif səviyyələrdə müqayisəli analizi neft yataqlarının işlənilməsinin təcrübi məsələlərinin həllində istifadə oluna bilər.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin